BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
61393

Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi bp AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” – adından qürurla bəyan edir ki, yataqdan 600 milyonuncu ton neft hasil edilib.

bp-dən bildirilib ki, ümumilikdə hasil edilmiş 600 milyon ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilmişdir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf dedi: “Azəri-Çıraq-Günəşli yatağından 600 milyon ton neft hasilatına nail olunması Azərbaycanın enerji sektorunun davamlı uğurunu təsdiqləyən əhəmiyyətli nailiyyətdir. Bu əlamətdar hadisə, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi sayəsində mümkün olmuşdur. Heydər Əliyevin müdrik siyasəti 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanmasına yol açaraq ölkəmizin enerji müstəqilliyinin və iqtisadi rifahının təməlini qoymuşdur. AÇG-nin 30 illik yubileyini qeyd edərkən, SOCAR bu irsi davam etdirməklə enerji sektorunda yenilik və dayanıqlılığa töhfə verməyə davam edəcək.”

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu tarixi hadisə AÇG yatağının 30-cu ilində əldə edilmiş növbəti nailiyyətdir. Biz qürur duyuruq ki, ümumilikdə 600 milyon ton neft təhlükəsiz, etibarlı və ətraf mühit baxımından məsuliyyətli əməliyyatlar nəticəsində əldə olunub. Bu nailiyyət AÇG-nin ölkəyə və bütün maraqlı tərəflərə verdiyi misilsiz töhfənin gözəl ifadəsidir. Bu, həmçinin AÇG-nin uğurunu fədakar əməkləri ilə təmin etmiş öz işinə sadiq minlərlə insanın, əsasən də Azərbaycanlı mütəxəssislərin inanılmaz zəhmətinin təcəssümüdür. Möhtəşəm fəaliyyətlərinə və əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi öhdəliyinə davamlı olaraq sadiq qaldıqlarına görə bütün AÇG heyətinə, xüsusilə də əməliyyatlar qrupuna təşəkkürümü bildirirəm.

“bp-nin strategiyası bu günün enerji sistemlərinə - yəni AÇG kimi yataqların işlənməsinə, və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır. Operator kimi biz AÇG-nin qarşıdan gələn onilliklər ərzində də ölkəyə, Azərbaycan xalqına və tərəfdaşlarımıza töhfə verməsini təmin etmək üçün hökumət və SOCAR-la sıx işləmək öhdəliyimizə sadiqiq.”

AÇG haqqında əsas faktlar

AÇG üzrə HPBS ilkin olaraq 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 45 milyard dollar investisiya qoyulub.

14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb.

İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldə edilib.

Bu günə qədər AÇG yatağından təxminən 4,4 milyard barel neft hasil edilib. Gələcəkdə yeni texnologiyalara və qurğulara davamlı iri sərmayələr və layların neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində digər səylər nəticəsində, bu dünya səviyyəli yataqdan hasilatın gələcək onilliklər ərzində də davam etməsi gözlənilir.

Bu vaxta qədər AÇG yatağından Azərbaycan dövlətinə ümumilikdə 57 milyard kubmetrdən çox səmt qazı təhvil verilib.

Hazırda AÇG-də 9 platforma – 7 hasilat platforması və 2 emal, qaz kompressiyası, suvurma və texnoloji platforma var. Bu platformalardan neft və səmt qazı Bakı yaxınlığında yerləşən, dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

AÇG-də ən son işə salınmış hasilat platforması ACE platformasıdır. ACE texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platforma olaraq 2024-cü ilin aprel ayında hasilata başlayıb. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. ACE hazırda üç quyudan gündə təxminən 26,000 barel neft hasil edir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin