BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
61121

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dekabrın 6-da Sumqayıt və Lənkəran yaşayış komplekslərində ümumilikdə 544 mənzilin satışını həyata keçirib. Satış elektron qaydada, "Güzəştli Mənzil" sistemi vasitəsilə baş tutub. Lakin prosesdə bəzi vətəndaşlar sistemdə texniki problemlər yaşadıqlarını və mənzil seçimində çətinliklərlə üzləşdiklərini bildiriblər. Bu, əsas narazılıqlara səbəb olub. MİDA açıqlamasında qeyd edib ki, satışın bütün mərhələləri qanunvericiliyə uyğun keçirilib.

Valyuta.az xəbər verir ki, əmlak məsələləri üzrə eksperti Elnur Fərzəliyev Bakupost.az -a bildirib ki, uzun müddət satışda iştirak edib mənzil sahibi olmayan vətəndaşlar da var. Onlar düşünür ki, bu mənzili ala bilmirlərsə, demək şübhəli məqamlar var:

“Bu, gözəl layihədir. Çünki qiymətlər çox münasibdir. Kompleks də yaxşıdır, görünüş də. Satış formasına da düzəliş etsələr, daha uğurlu olar”.

Ekspertin dediyinə görə, həmin binalardan mənzil ala bilmək üçün bəlli kateqoriyalara aid insanlar müraciət edə bilir. Lakin müraciəti qəbul olunmuş vətəndaşların hər birinin satışda eyni vaxtda iştirak etməsi sonda bu cür narazılığa səbəb olur. Mənzil almaq istəyən çox, mənzil sayı isə məhduddur.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, MİDA-nın yaranması və onlayn formatda qeydiyyatdan keçərək satışların həyata keçirilməsinin əsas hədəfi şəffaflığın artırılması idi:

"Elan edilmişdi ki, MİDA-da mənzillər elektron qaydada satılacaq və bu şəffaflıq, insanlarda güvən yaradacaq. Azərbaycanda bir çox hallarda olduğu kimi bu halda da əksinə oldu. Yəni, insanlarda çoxlu suallar, şübhələr yarandı. İndiki durumda belə ehtimal etmək mümkündür ki, həmin mənzillər öncədən rəsmiləşdirilir, sadəcə portal açılan an özlərinin mütəxəssisləri vasitəsilə bir neçə saniyəyə yüzlərlə evin satılması prosesi həyata keçirilir. Ən azından belə ehtimal və şübhələr yaranıb. Bu da onu deməyə əsas verir ki, MİDA-da mənzil satışı ilə bağlı güvən yaratmalı olan sistem, əksinə, güvənsizlik və şübhələr doğurdu. Ona görə də bu, çox ciddi yoxlanılmalıdır. Orada hansı proseslərin baş verdiyini İT mütəxəssiləri vasitəsilə əlaqədar hüquq-mühafizə orqanları çox asanlıqla yoxlaya bilər. Amma nədənsə bu günə qədər bununla bağlı yoxlamaların başlaması haqqında məlumat da yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin