BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
61002

Əyləncə məqsədilə yaradılan və "meme-koinlər" adlandırılan kriptovalyutalar son vaxtlar qiymətlərində kəskin artımlarla investorların diqqətini cəlb edir. Bu növ aktivlərə treyderlər və iri hedc-fondlar tərəfindən milyardlarla dollar yatırılır. 

Valyuta.Az xəbər verir ki, "Financial Times" ("FT") nəşrinin məlumatına görə, bu yeni tendensiyanın ən diqqətçəkən nümunəsi, artıq ölmüş ev dələsinin şərəfinə adlandırılmış "Peanut" ("PNUT") adlı kriptovalyutadır.

Peanut dələsinin tarixi və "PNUT"un yaranması 

Peanut dələsi 2017-ci ildə amerikalı həvəskarlar Mark və Daniella Lonqo tərəfindən xilas edilərək evdə saxlanılmışdır. Onlar dələ üçün sosial şəbəkələrdə hesablar yaratmış və bu hesablar geniş populyarlıq qazanmışdır. Bu internet fenomeni şərəfinə "PNUT" adlı kriptovalyuta yaradılmış və bazara çıxarılmışdır. 

2024-cü il 30 oktyabr tarixində "Nyu-York ştatının Ətraf Mühitin Mühafizəsi Departamenti" ("NYSDEC") dələni Lonqo ailəsindən alaraq, quduzluq şübhəsi ilə onu yuxuya vermişdir. Lakin dələnin ölümündən sonra məlum olmuşdur ki, bu şübhələr əsassızdır. Bu hadisə sosial şəbəkələrdə hakimiyyətin qərarlarına qarşı geniş narazılıq dalğası yaratmış, hətta milyarder Elon Mask da bu narazılığı dəstəkləmişdir.

"PNUT"un meteorit artışı

Dələnin ölümü ətrafında yaranmış müzakirələr nəticəsində "PNUT" kriptovalyutasının qiyməti bir neçə gün ərzində 0,1 dollardan 2,27 dollara qədər artmış və ümumi kapitalizasiyası 2 milyard dolları ötmüşdür. Bununla da "PNUT" hətta Elon Maskın dəstəklədiyi "Dogecoin" ("DOGE") kriptovalyutasını belə geridə qoyaraq tarixin ən sürətli inkişaf edən "meme-koini" olmuşdur.

Digər kriptovalyutaların artımı və bazardakı dəyişikliklər

ABŞ prezidenti seçilən Donald Trampın kriptovalyuta icmasını dəstəkləyəcəyini vəd etməsi digər "meme-koinlər"in də kəskin artımına səbəb olmuşdur. Bu kriptovalyutalar arasında "MOO DENG", "888", "POPCAT", "dogwifhat" və "CHILLGUY" xüsusi diqqət çəkir.

Bu həftə isə "Bitcoin" ilk dəfə olaraq tarixdə 100 min dollar səviyyəsini keçmişdir. Bu hadisə kriptovalyuta bazarına müdaxilə etməməyi dəstəkləyən Pol Atkinsonun ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının ("SEC") rəhbəri təyin olunması ilə əlaqələndirilir.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin