BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
60885

İşçinin ən çətin və psixoloji təsir yarada biləcək proseslərindən biri də maaş artımı istəməkdir. Çox zaman performansınıza, iş prinsiplərinizə, iş intizamınıza və komanda işinə uyğunluğunuza görə daha artığını layiq olduğunuza əmin olsanız da, maaş artımı istəyərkən gərginlik qaçınılmazdır. Axı bu mövzuda qarşınızda rəhbəriniz dayanır və əsas müzakirə mövzusu puldur.  

Bu şəraitdə maaş artımı istəmək əvvəlkindən daha çətin görünə bilər. Çoxlu şirkətlər hazırda maaş artımı etməyə yanaşmır. Lakin bu, qanuni bir hüquqdur və əmək haqqı artımı işçinin haqqıdır. İşçilər bəzən gecikən maaşları və artan iş yükünü anlayışla qarşılayır, amma hər bir əmək qarşılığının ödənməsi vacibdir.  

Maaş artımı nə zaman edilir?  

Maaş artımları dövlət qulluqçuları və təqaüdçülər üçün müəyyən zaman aralığında tətbiq edilsə də özəl sektorda vəziyyət fərqlidir. İşçinin performansından asılı olaraq, işəgötürənin təşəbbüsü ilə altı ayda bir maaş artımı edilə bilər. Özəl sektorda maaş artımının vaxtı iş yerinin maaş siyasətinə bağlı olaraq dəyişir. Bu artımlar işçinin performansına və əməyi dəyərləndirmək məqsədinə xidmət edir.  

Bəzi hallarda mövcud işdə maaş artımı istəyib-istəməmək və ya yeni iş axtarışına çıxmaq dilemması ortaya çıxa bilər. Buna görə də maaş artımı məsələsini doğru bir üslubla təqdim etmək vacibdir.

Maaş artımı istəyərkən diqqət ediləcək məqamlar:

Maaş artımı istəyərkən düzgün üslub və yanaşma nümayiş etdirmək çox önəmlidir. İşçinin keyfiyyətini göstərən əsas məqamlardan biri də tələbini necə təqdim etdiyidir. Düzgün üslub istədiyiniz qapıları açmağa kömək edər. İşdə diqqət edilməli olan əsas məqamlar:  

► Performansınıza əsaslanan əsaslandırmalar təqdim etmək.  
► Şirkətin iqtisadi vəziyyətini nəzərə almaq.  
► Tələbini qətiyyətlə, lakin hörmət çərçivəsində ifadə etmək.  

Beləliklə, düzgün yanaşma ilə həm rəhbərliyin razılığını qazana, həm də layiq olduğunuz maaş artımına nail ola bilərsiniz.  

Maaş artımı istəməyin incəlikləri:

Əgər maaş haqqında danışmağı düşünürsünüzsə, əvvəlcə fikirlərinizi süzgəcdən keçirin və onları nizamlayın. Görüş zamanı istifadə edəcəyiniz cümlələri əvvəlcədən planlaşdırın. Danışıq zamanı bəzi cümlələri söyləməyə imkan olmayacaq, lakin hər ehtimala qarşı hazırlıqlı olun. Maaş artımı istəmədən əvvəl iş yerinizin "korporativliyini" və maaş siyasətini diqqətlə öyrənin. Korporativ iş yerlərində maaş artımı siyasəti mövcuddur və müəyyən dövrlərdə aparılan performans dəyərləndirmələri əsasında həyata keçirilir. Əgər korporativ olmayan bir yerdə işləyirsinizsə, bu halda rəhbərinizi müşahidə edin. Rəhbəriniz çox məşğul və ya stress içindədirmi? Uyğun anı gözləyin. Məsələn, əhəmiyyətli bir uğura imza atmısınızsa, bu uğurun konkret göstəricisi maaş danışığınız zamanı sizə dəstək ola bilər.

Diqqət yetirilməli məqamlar:

1. Özünüzə əmin olun!

Maaş artımı istəyərkən əvvəlcə öz dəyərinizi bilərək sözə başlayın. Təcrübəniz və mövqeyiniz bu nöqtədə əsas gücünüzdür. Çəkingən, nə istədiyini bilməyən və utancaq bir üslub əvəzinə, öz mövqeyinin, dəyərinin və şirkətdəki əhəmiyyətinin fərqində olan "özünə əmin" bir duruş sərgiləyin. Unutmayın ki, ən təsirli davranış, özünə əmin olmaqdır.

2. Orta rəqəmlərdən istifadə edin!

Maaş artımı istəyərkən konkret məbləğlər seçin. Məsələn, 1500 manat əvəzinə 1700 manat deyin. Bu cür dəqiq məbləğlər sizin işinizə olan ciddi yanaşmanızı göstərə bilər. Maaşınızın ikiqatını "yaxşılaşdırma" adı altında istəmək uyğun olmaz, çünki bu artıq yeni bir maaş danışıqları sayılar. Tələbinizi məntiqli həddlərdə saxlayın. Beləliklə, rəqəmlər qarşı tərəfi narahat etməyəcək.

3. Səbəblərinizi izah edin!

Maaş artımı istəyərkən şəxsi məsələlərinizi açıqlamağa ehtiyac yoxdur. Amma bəzi hallarda tələbi şəxsi səbəblərlə əsaslandırmaq faydalı ola bilər. Məsələn, ailəyə yeni bir üzvün qatılması və ya evdə işləyən birinin işdən çıxması kimi səbəblərdən bəhs edə bilərsiniz. Bunun başqa bir yolu da özünüzü fərqləndirməkdir. Məsələn, hər kəsdən əvvəl işə gəlirsinizsə, həftəsonu çalışırsınızsa və işinizi bitirmədən dayanmağı qəbul etmirsinizsə, bu xüsusiyyətlərinizi vurğulayın. Digər iş yoldaşlarınızı tənqid etmədən özünüzü parlaq bir şəkildə təqdim edin. Unutmayın ki, rəhbərlər bəzən səssiz qəhrəmanlıqları görməyə bilər və öz işinizi göstərməyiniz lazım ola bilər.

4. B planınız olsun!

Mənfi ssenariləri də nəzərə almalısınız. Heç kim maaş artımı tələbindən sonra dəqiq və sərt bir "yox" cavabı almaq istəməz. Rəhbərinizə alternativ variantlar təqdim edə bilərsiniz. Məsələn, maaş artımı istədiniz və şirkətin büdcəsi buna imkan vermədi. O halda daha kiçik bir tələb irəli sürə bilərsiniz. Məsələn, həftədə bir gün evdən işləməyi təklif edin. Maaş artımına "yox" deyildikdən sonra daha kiçik tələblər qəbul edilə bilər. Buna görə maaş artımı baş verməyəcəyi ehtimalına qarşı bir plan hazırlayın.

5. Üz-üzə danışığı seçin!

Bunu etmək hər kəs üçün asan olmaya bilər. Lakin e-poçt vasitəsilə maaş artımı istəmək, üz-üzə danışıqlara nisbətən daha az təsirli ola bilər. Üz-üzə, jestlərlə və özünə əminliklə danışmaq qarşı tərəfdə daha müsbət təsir yarada bilər.

6. Təhdidkar olmayın!

Heç kim təhdidkar davranışı sevməz. "Maaşımı artırmasanız, işdən çıxaram" kimi yanaşmalar, şübhəsiz ki, sizin xeyrinizə olmayacaq. Unutmayın ki, hər iş yerinin işçiyə ehtiyacı olduğu kimi, hər işçinin də işə ehtiyacı var. Heç kim əvəzedilməz deyil. Buna görə təhdidkar tondan çəkinin. Həmişə pozitiv olmağa çalışın və əsəbinizi büruzə verməyin. İşinizə olan bağlılığınızdan, komandada çalışmaqdan nə qədər xoşbəxt olduğunuzdan bəhs edin.

Son olaraq, işdən ayrılmağa belə qərar versəniz, bunu peşəkarlığınızı pozmadan etməlisiniz. Karyera uzun bir yoldur və bu yolda bir çox insanla yenidən qarşılaşmaq mümkündür. Nə olursa olsun, hörmətli bir davranış sizi həmişə yüksək yerlərə aparacaq.

Rəhim / Valyuta.Az / SƏHƏR OXUSU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin