BAKU Azərbaycan
32.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
60874

Yeni mayeləşdirilmiş təbii qaz ("MTQ") layihələri 2030-cu ilə qədər 10 gigatonluq istixana qazı emissiyası yarada bilər ki, bu da bütün kömür stansiyalarının illik emissiyasına bərabərdir.

Valyuta.Az xəbər verir ki, iqlim qrupu “Reclaim Finance” tərəfindən hazırlanan hesabata əsasən, 200 milyard dollarlıq yeni qaz layihələri dünya miqyasında kömür elektrik stansiyalarının illik emissiyalarına bərabər olan "iqlim bombası" təhlükəsi yaradır. 

Böyük banklar okean tankerlərində daşınan və soyudulmuş qazın ixrac və idxalı üçün terminallar tikmək məqsədilə 213 milyard dollar sərmayə yatırıb. Lakin hesabat xəbərdarlıq edir ki, bu layihələr kömürdən daha zərərli ola bilər.

Hesabatda qlobal qaz ticarətinin artırılması məqsədilə son illərdə yeni layihələrin sürətlə genişləndiyi vurğulanıb. Bu tendensiya əsasən inkişaf etməkdə olan ölkələrdə kömürdən qaza keçidlə və Rusiyanın Ukrayna ilə müharibəsi səbəbindən Avropaya boru xətti ilə qaz tədarükünün azalması ilə əlaqələndirilir. Son iki ildə səkkiz "MTQ" ixrac terminalı və 99 idxal terminalı tikilib. Nəticədə dünya üzrə qaz ixrac qabiliyyəti 7%, qlobal idxal gücü isə 19% artıb.

2030-cu ilə qədər MTQ layihəçiləri dünya üzrə 156 yeni MTQ terminalı tikməyi planlaşdırır. Bunlardan 63-ü ixrac, 93-ü isə idxal terminallarını əhatə edir. Hesabata görə, bu terminalların metan sızıntıları səbəbindən onilliyin sonuna qədər 10 gigatonluq emissiya yaratması gözlənilir. 

“Reclaim Finance” təşkilatının kampaniyaçısı Jüstin Düklo-Qonda (Justine Ducroix-Gonthier) bildirib: “Neft və qaz şirkətləri gələcəklərini MTQ layihələrinə bağlayır, lakin onların planlaşdırdığı hər bir layihə Paris Sazişinin hədəflərini təhlükəyə atır. Banklar və investorlar keçid prosesində neft və qaz şirkətlərini dəstəklədiklərini iddia edir, lakin əslində iqlim bombası olan layihələrə milyardlarla dollar sərmayə yatırırlar.”

Son tapıntılar qlobal qaz bazarına nəzarətsiz sərmayələrin iqlim hədəflərinə ciddi təhdid yarada biləcəyinə dair narahatlıqları artırır. 

Beynəlxalq Enerji Agentliyi keçən ay xəbərdarlıq edib ki, qlobal "MTQ" bazarları artıq qaza tələbatı üstələyərək, ciddi artıqlığa doğru irəliləyir. Bu isə qlobal temperatur artımını 2,4 dərəcə C-dən yuxarı çıxarmamaqla bağlı iqlim hədəflərinə ziddir. 

Agentlik bildirib ki, dünya üzrə "MTQ" istehsal gücü 2030-cu ilə qədər təxminən 50% artacaq. Bu, hətta "BEA"nın üç ssenarisinin hamısında proqnozlaşdırılan qaz tələbatını üstələyir. Bu artıqlıq fosil yanacaq qiymətlərinin ucuzlaşmasına, bərpa olunan enerji texnologiyalarına sərmayələrin azalmasına və iqlim hədəflərinin daha çox təhlükə altına düşməsinə səbəb ola bilər.

"BEA"nın proqnozlarına əsasən, Avropa İttifaqına 2022-ci ildə idxal edilən qazın orta qiyməti hər milyon Britaniya istilik vahidi (MBtu) üçün 70 dollar olduğu halda, bu rəqəm onilliyin sonuna qədər 6,50 dollara qədər düşəcək.

Düklo-Qonda əlavə edib: “MTQ fosil yanacaqdır və yeni layihələr dayanıqlı keçid prosesində yer ala bilməz. Banklar və investorlar dərhal "MTQ" layihəçilərini və yeni terminalları maliyyələşdirməkdən imtina etməlidirlər.”

Hesabatda qeyd edilir ki, əksər böyük banklar “sıfır karbon” hədəflərinə nail olmaq üçün planlar təqdim etsə də, "MTQ" layihələrinin maliyyələşdirilməsinə dair spesifik siyasət mövcud deyil. Bu, sərmayələrin iqlim hədəflərinə baxmayaraq davam etməsinə şərait yaradır.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Bakının bu küçəsi yenilənir

İlin əvvəlində 1.4 milyonluq tenderin qalibi olan sahibakara eyni qurumdan daha bir sifariş

Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

Bu lampalara görə 5 min cərimələnəcəksiniz

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Nazir generalın yerinə bu xanımı gətirdi

Bakıda dağ satışa çıxarıldı

Azərbaycanda ilk: Bu qadınlar 1460 manat alacaq

Bu ödənişin məbləği 10 dəfəyədək artırılır

Mərkəzi Bankda iki təyinat

Restoranlarda verilən qurbağa əti ilə bağlı Açıqlama

Ermənilərin 30 milyon dollarlıq dələduzluq işi üzrə ifşa əməliyyatının təfərrüatları - Video

Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər

Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər

TuranBank DOST Agentliyi ilə birgə həssas qrupdan olan uşaqları sevindirib®

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

Elektrik ixracından əldə olunan gəlirlər azaldı

Pullar ölkədən bu yolla çıxarılır - Qarşısını necə almaq olar?

“AtaSığorta”nın idarə Heyətinə 3 üzv təyin edilib

Ölkələr üzrə blogerin qazancı - Azərbaycanda vəziyyət necədir?

Qadağa öncəsi qohum evliliklərində sürətli artım

"İri sahibkarlar arasında qadın yoxdur" - Vüqar Bayramov

Aİ-nin almaz ixracından əldə edilən gəlirləri rekord həddə azalıb

Azərbaycan vətəndaşları 85 ölkəyə vizasız gedə bilər

Fuad Nəcəfli: Naxçıvanda yerli gəlirlər artıb

Mark Zukerberqdən gözlənilməz addım: "Meta" mağazalar şəbəkəsi quracaq

Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı (FOTO)

Hökumətin hesabat vermə vaxtı dəyişir

Hökumətin hesabat vermə vaxtı dəyişir

Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin