BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
60591

"Volkswagen" işçiləri maaş endirilməsinə və zavodların bağlanmasına qarşı 2 saatlıq tətillər keçirib  

Almaniyanın doqquz zavodunda "Volkswagen" işçiləri bazar ertəsi 2 saatlıq növbəli tətillərə başlayaraq, Avropa avtomobil bazarındakı durğunluğa görə şirkətin təklif etdiyi maaş endirilmələrinə və zavod bağlanmalarına qarşı etirazlarını nümayiş etdiriblər.  

Valyuta.Az AP-ə istinadən xəbər verir ki, tətillər "Volkswagen"in Volfsburqdakı əsas zavodunu da əhatə edib. Burada işçilər avtomobil istehsalçısının Almaniyada ilk zavod bağlanması təhlükəsini yaradan qənaət tədbirlərinə qarşı mitinq keçiriblər.  

"Volkswagen" rəhbərliyi Almaniyadakı xərcləri rəqibləri ilə yanaşı, şirkətin Şərqi Avropa və Cənubi Amerikadakı zavodlarında əldə edilən səviyyəyə endirmək məqsədini açıqlayıb. Şirkətin əsas işçi nümayəndəsi Daniela Kavallo isə bildirib ki, cəlbedici məhsullar yaratmaq və daha ucuz elektrik avtomobilləri təklif etmək üçün menecmentin uğursuzluqlarının nəticələrini işçilər çəkməməlidir.  

“Biz tələb edirik ki, hər kəs – həm menecment, həm də səhmdarlar – öz töhfəsini versin,” deyə Kavallo Volfsburqdakı mitinqdə işçilərin təbillər çaldığı, fit səsləri və alqışlarla dəstəklədiyi çıxışında vurğulayıb.  

O əlavə edib ki, növbəti həftə keçiriləcək danışıqlar ya razılığın əldə olunması, ya da münaqişənin eskalasiyasını müəyyən edəcək. “Biz hər iki vəziyyətə hazırıq,” deyə o qeyd edib. 

Almaniyada əmək haqqı danışıqlarının bir hissəsi olan belə "xəbərdarlıq tətilləri" məcburi sülh dövrü başa çatdıqdan sonra həyata keçirilir. "IG Metall" sənaye ittifaqı bildirib ki, bazar ertəsi keçirilən tətillərdən sonra növbəti addımlar barədə məlumat veriləcək.  

Şirkət Almaniyada çalışan 120 000 işçi üçün 10% maaş kəsintisi təklif edir və bəzi zavodlara artıq ehtiyac duyulmadığını vurğulayır. İşçi nümayəndələrinin sözlərinə görə, şirkət üç alman zavodunun bağlanmasını nəzərdən keçirir.  

Aşağı Saksoniyada "IG Metall" sənaye ittifaqının regional lideri Torsten Gröger bəyan edib ki, şirkət bu tətilləri “gözardı edə bilməyəcək”. “Əgər lazım olarsa, bu, "Volkswagen" tarixindəki ən çətin münaqişələrdən biri olacaq,” deyə o qeyd edib.  

Şirkət planlarını rəsmi olaraq ictimaiyyətə açıqlamasa da, Avropa avtomobil bazarında tələbatın azalması, xərclərin artması və Çin avtomobil istehsalçılarından gələn rəqabətin güclənməsi ilə üzləşir. "Volkswagen" əvvəllər Avropa bazarı üçün 16 milyon illik avtomobil istehsalı həcminə uyğun zavodlar inşa etmişdi, lakin indi tələbat təxminən 14 milyona düşüb. Şirkətin rəhbəri Tomas Şaferin ("Thomas Schäfer") sözlərinə görə, bu, ildə 500,000 avtomobil itkisi deməkdir.  

“Uzun illər Çindəki güclü mənfəət şirkətin xərclərini balanslaşdırmağa kömək edirdi, lakin indi dəyişən şərait bu məsələnin yenidən qiymətləndirilməsini tələb edir,” deyə Şafer "Welt am Sonntag" qəzetinə bildirib.  

Tətillər Almaniyanın Zvikau şəhərindəki zavoddan başlayıb və Braunşveyq, Kemnits, Drezden, Emden, Hannover, Kassel və Salzgitterdəki zavodlarda davam etdiriləcək.  

Növbəti danışıqlar 9 dekabr tarixinə təyin edilib.  

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İflas hələ son deyil – Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin