BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
60285

Oyun həvəskarı olan bir şəxsin "Playstation" klub açmaq istəməsi olduqca normaldır.

Əslində, oyun oynamayan və "Playstation" klub açmaq istəyən birinə rast gəlmək çətindir. Bununla belə, əsas problem oyun həvəskarlarının çox vaxt pis biznes idarəçiləri olmasıdır. Oyunsevərlər üçün video oyunlara olan sevgi ilə pul qazanmaq bir-birinə bərabər görünsə də, bu yanaşma həmişə doğru deyil. 

"Playstation" klub açmaq istəyənlər öncədən bəzi vacib məqamları nəzərə almalıdırlar. 

Valyuta.az "Playstation" kafe açmaq üçün lazım olan tələbləri təqdim edir. Qurduğunuz biznesdə uğur qazanmaq istəyirsinizsə, bu detallara mütləq diqqət edilməlidir:

Ən yaxşı video oyun konsollarını seçin

Mərkəzinizdə müasir oyun konsollarından istifadə etməyiniz vacibdir. 

Böyük ekranlar 

Böyük ekranlardan istifadə etmək müştəri təcrübəsini yaxşılaşdırır. Proyeksiya ekranları və ya böyük monitorlar bu sahədə üstünlük təşkil etməyə başlayır. 

Rahat oturacaqlar

Müştərilərinizin rahatlığı üçün keyfiyyətli və komfortlu oturacaqlar seçin. Rahat mühit müştəri məmnuniyyətini artırır.

Uyğun məkan seçimi

Universitetlərə və ya gənclərin tez-tez getdiyi yerlərə yaxın məkanda kafe açmaq daha uğurlu ola bilər. Ərazidəki digər "Playstation" kafelərin olub-olmamasını araşdırmaq da vacibdir. 

Düzgün qiymət siyasəti

Qiymətlər nə çox yüksək, nə də çox aşağı olmalıdır. Konsolların modeli və yeniliyinə əsasən uyğun qiymət təyin edin. Ərazidəki digər kafelərin qiymətlərini nəzərə almaq da faydalıdır. 

Oyunların pulsuz olduğu yanılqısı

Bəziləri oyun mərkəzləri üçün oyunların pulsuz olduğunu düşünür. Ancaq "Microsoft", "Sony" və ya "Nintendo" tərəfindən oyunların pulsuz təqdim olunması doğru deyil. 

Yemək və içkilərin satışı

"Playstation" kafedə müştərilərə içkilər, atışdırmalıq qidalar və ya sadə yeməklər təklif etmək həm məmnuniyyət, həm də əlavə gəlir təmin edə bilər.

Detallı iş planı

Uğur qazanmaq üçün hərtərəfli iş planı hazırlamaq lazımdır. İş planında gələcək risklər və inkişaf addımları nəzərə alınmalıdır. Bu sahədə təcrübəniz yoxdursa, mütəxəssisdən dəstək ala bilərsiniz. 

Hansı oyunları seçilməlidir?

Bu seçim daha çox müştərilərin maraqlarından asılıdır. Ümumiyyətlə, futbol oyunları geniş yayılıb. Amma müxtəlif  yarış oyunları və ya döyüş oyunlarına da maraq böyükdür.

"Playstation" kafe necə idarə edilməlidir? 

Dostcanlı və oyun oynamağı sevən işçilər işə götürmək kafeni daha rahat idarə etməyə kömək edəcək. Bu, sizin də digər işlərə və ya öz vaxtınıza daha çox diqqət ayırmağınıza şərait yaradacaq.

"Playstation" kafe açmaq mənalıdırmı? 

Bu biznes sahəsində uğurlu olmaq üçün təcrübə və doğru planlama vacibdir. İlk addımlarınızı kiçik tutaraq 5 konsol və 5 ekranla başlaya bilərsiniz. Daha sonra qazanc əldə etdikcə işi genişləndirmək mümkündür. 

Kafe açmaq üçün əsas tələblər 

Məkanın sahəsi ən az 100 kvadratmetr olmalıdır.

- Tavanın hündürlüyü 3,5 metrdən çox olmalıdır (bu, səs izolyasiyasına kömək edir).

- Məkan məktəb və ya məscid kimi yerlərdən ən azı 100 metr uzaqda olmalıdır. Bu tövsiyələrə əməl edərək "Playstation" kafe açmaq və bu biznesdən uğur qazanmaq mümkündür.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin