BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
60054

Bu gün Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib.

Valyuta.Az COP29-un saytına istinadla xəbər verir ki, Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, əvvəlki mətn layihəsi ilə müqayisədə 50 milyard dollar artım deməkdir və COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin məhsuludur. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

Bundan başqa, COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon dollara çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollar azaltmaq potensialına malikdir.

COP29, eyni zamanda, İtki və Zərər Fondunu işə salmağa və Fondun 2025-ci ildə pul vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu.

COP29 Prezidenti Muxtar Babayev deyib: “Bütün dünya Bakıya gələndə insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar yanıldılar. Bu nailiyyətlə Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. Biz inkişaf etməkdə olan ölkələr üçün əsas iqlim maliyyəsi hədəfinin hər il üç dəfə artırılmasını təmin etdik. Bakı Maliyyə Məqsədi bizim əldə edə biləcəyimiz ən yaxşı sövdələşmədir və biz donor ölkələri mümkün olan qədər önə çəkmişik. Biz qlobal maliyyə strukturunu həmişəlik dəyişmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şəxslər işləmədən 6 ay maaş alacaqlar

Bakıda orta əməkhaqqı 1 303 manatı keçdi - RƏSMİ

Kartında cəmi 36 manatı var idi, onu da oğurladılar

ARDNF “Lunate” şirkəti vasitəsilə “ADNOC” qaz boru kəmərləri infrastrukturuna investisiya yatırıb

"Tarqovi"də yerləşən "coffeeshop" satışa çıxarılıb - QİYMƏT

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

“Azər-Türk Bank”ın rəhbərliyi bankdan nə qədər qazanır? - Rəqəmlər

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

Liseylərə imtahanlarla bağlı qadağa aradan qaldırıldı

ABŞ Çinli tələbələrin vizalarını ləğv edəcək

İlon Mask Donald Tramp administrasiyasını tərk edir

Avro dəyər itirir - Günün məzənnəsi

"Apple" bütün əməliyyat sistemlərinin adlarını dəyişəcək

"Bitcoin"in qiyməti düşərkən, "Ethereum" irəliləyir

Zənginlər bu 7 maliyyə səhvini etmirlər - SƏHƏR OXUSU

Çin bu ölkələrə viza rejimini ləğv etdi

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Avropada yay istirahəti üçün 13 gözlənilməz məkan - SİYAHI

Qəpiklə ödəniş edilməsin deyə, belə etdilər -FOTO

Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb

Azərbaycan neft hasilatı ilə bağlı qərar verdi

Azərbaycan dünyada şaftalı ixracatında neçənci yerdədir? - SİYAHI

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Yeni araşdırma: Süni intellekt hansı peşələri əlimizdən ala bilər?

Bu Mərkəz 52 min manatlıq avtomobil alır

İşlənmiş 8 etibarlı avtomobil – 2025-ci ildə almağa dəyər

Səudiyyə Ərəbistanı Premyer Liqasının ən bahalı 10 futbolçusu - SİYAHI

Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi (FOTO)

Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin