BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
59833

"NVIDIA" ("NASDAQ: NVDA") bu il 27 oktyabr tarixində başa çatan III rüb üçün hesabatını açıqlayıb.

Valyuta.Az açıqlanan hesabata istinadən xəbər verir ki, şirkət bu rübdə 35,1 milyard dollar gəlir əldə edib. Bu, əvvəlki rüblə müqayisədə 17%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 94% artıma işarə edir.  

HƏMÇİNİN BAX: Bütün gözlər "Nvidia"da - Nələr gözlənilir?

"GAAP"* üzrə hər səhm üçün seyrəldilmiş gəlir 0,78 dollar təşkil edib ki, bu da əvvəlki rübdən 16%, keçən ildən isə 111% çoxdur.

"Non-GAAP"** üzrə isə bu göstərici 0,81 dollar olub ki, bu da əvvəlki rübdən 19%, keçən ildən isə 103% çoxdur.  

Xatırladaq ki, "Nvidia"nın 3-cü rübdə səhmləri başına mənfəətinin (EPS) 0,74 dollar və 33,2 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılırdı. 

Şirkətin təsisçisi və baş icraçı direktoru Censen Huang (Jensen Huang) açıqlamasında bildirib: "AI dövrü tam sürətlə irəliləyir və "NVIDIA" hesablama texnologiyasına qlobal keçidi sürətləndirir. "Hopper"ə olan tələb və tam istehsalda olan "Blackwell" üçün gözləntilər təəccüblüdür, çünki əsas model istehsalçıları ilkin təlim, sonrakı təlim və inferensiya miqyasını artırır."

Huang həmçinin vurğulayıb ki:  "AI hər bir sənayeni, şirkəti və ölkəni dəyişir. Müəssisələr iş axınlarını inqilabi şəkildə dəyişmək üçün agentik AI qəbul edir. Fiziki AI sahəsində nailiyyətlərlə birlikdə sənaye robotikası üzrə investisiyalar artır. Ölkələr milli AI və infrastrukturun inkişafının əhəmiyyətini daha yaxşı dərk edir."

Qeyd edək ki, şirkət növbəti rüblük nağd dividentini hər səhm üçün 0,01 dollar məbləğində 27 dekabr 2024-cü il tarixində ödəyəcəyini açıqlayıb. Bu dividentdən yararlanmaq üçün səhmdarlar 5 dekabr 2024-cü ilə qədər qeydiyyatdan keçməlidir.

Rəhim

İZAHAT: 

* GAAP (Generally Accepted Accounting Principles) - mühasibat uçotu sahəsində istifadə edilən ümumi qəbul edilmiş qayda və prinsiplər toplusudur ki, bu da maliyyə hesabatlarının hazırlanmasını və təqdim edilməsini standartlaşdırır.

** Non-GAAP (Generally Accepted Accounting Principles-dən kənar) - şirkətlərin maliyyə vəziyyətini daha dəqiq əks etdirmək üçün GAAP standartlarına əsaslanmadan, fərdi metodologiya ilə hazırladığı maliyyə ölçüləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin