Vergi ödəyicisinin vəzifələri artırılır, yeni sanksiyalar müəyyənləşir
Vergi ödəyicisinin vəzifələri artırılır.
Valyuta.az-ın xəbərinə görə, bu Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Bu vəzifələr sırasına aşağıdakılar daxil edilir:
- kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə İdarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq:
- kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək);
- kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək.
Bununla əlaqədar operativ vergi nəzarət kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə götürülən subyektlərin (obyektlərin) vergi orqanında uçota alınması təmin edilmədən icarəyə götürən şəxslərin həmin subyektlərdə (obyektlərdə) fəaliyyət göstərməsinə şərait yaradılması hallarının aşkar edilməsi və kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət edilməsi hallarını da əhatə edəcək.
Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim edilməməsinə və və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks olunmamasına görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə İdarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmamağa görə bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə idarəedicilərinə) təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikindi dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Bu tələblər qanun qəbul edildikdən 9 ay sonra qüvvəyə minəcək.
Qeyd edilib ki, bu istiqamətdə təkliflər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna bazarlarda vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanmışdır. Layihədə "vahid mülkiyyətçi" üzərindən yanaşma həyata keçirilir və bazarlarda onların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən əmlakı icarəyə verdiyi şəxslərin vergi orqanında uçota alınması təmin edildikdən sonra icarə münasibətlərinin formalaşmasını və icarə müqavilələri bağlandıqdan, həmin obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra faktiki olaraq fəaliyyət göstərməsinə şərait yaradılması nəzərdə tutulur.
Bununla yanaşı bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasının təmin edilməsi ilə bağlı keçid müddəa da nəzərdə tutulur.
Təklif olunan dəyişiklik ölkə ərazisində obyektləşmə və kassalaşma ilə bağlı aparılan proseslərin əsası kimi uçot intizamının düzgün şəkildə qurularaq son nəticədə dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsinə hesablanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay