BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
59431

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti 2025-ci ilin dekabrına qədər Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasını (KES) tam istifadəyə verməyi planlaşdırır.

Bu barədə “Report”a müsahibəsində şirkətin Azərbaycan və Türkiyə üzrə meneceri Selim Güven məlumat verib.

"KES-in tikintisi uğurla davam edir. 2025-ci ildə stansiya mərhələli şəkildə - sentyabrdan noyabra qədər layihə gücünə çatdırılacaq. Xüsusilə qrafikimizə əsasən stansiyanın gücü sentyabrda 80 MVt-a, oktyabrda 160 MVt-a, noyabrda isə 240 MVt-a çatacaq", - S.Güven bildirib.

Onun sözlərinə görə, layihənin ümumi dəyəri 340 milyon ABŞ dolları təşkil edir.

"Maliyyələşdirmənin bir hissəsi şirkətin öz vəsaitinin, digər hissəsi isə banklardan alınan kreditin payına düşəcək. Biz, Avropa Yenidənqurma və İnkişaf Bankı və OPEK Fondunun daxil olduğu sindikatdan 240 milyon ABŞ dolları cəlb etmişik, 100 milyon ABŞ dolları isə öz vəsaitimizdir", - menecer qeyd edib.

Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvar ayında baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 ədəd, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd turbinin quraşdırılması planlaşdırılır. KES-də illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq. Bu stansiyanın istifadəyə verilməsi ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home” I yerdə

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin