Xəbər
07.11.2024 / 09:25
Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək
59064
“Bakı yoltikintiservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq dekabrın 25-nə təyin olunub.
Gündəliyə icra orqanının – ASC sədrinin seçilməsi, ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və təsdiqi və digər məsələlər daxil edilib.
Qeyd edək ki, “Bakı yoltikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 951 490 manatdır və qanuni təmsilçisi Ələkbər Əlizadədir. Şirkət Bakıda yerləşir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay