Xəbər
31.10.2024 / 14:14
Palata bir audit şirkətinin lisenziyasını ləğv edib, birinə isə lisenziya verdi
58634
Azərbaycanda daha bir audit şirkətinə verilən lisenziya ləğv edilib, digərinə yeni lisenziya təqdim edilib.
Valyuta.az xəbər verir ki, Auditorlar Palatasının qərarı ilə “ADA AUDIT” MMC-yə təqdim edilmiş lisenziya vaxtından əvvəl ləğv edilib.
Şirkət 2019-cu ildə lisenziya əldə etmişdi və direktoru Niftiyev Elçin Zülfüqar oğlu idi.
Şirkətin lisenziyası 2029-dək təqdim edilmişdi.
Digər qərara əsasən “ŞƏFƏQ AUDİT KONSALTİNQ” MMC-yə lisenziya təqdim edilib. Audit şirkətinin direktoru Abbasov Elnur Şirvan oğludur. Ona verilən lisenziyanın müddəti 5 ildir.
© Banker.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay