“Reddit” 19 il sonra ilk dəfə gəlir əldə etdiyini açıqladı - HESABAT
“Reddit” 2024-cü ilin üçüncü rübü ilə bağlı maliyyə hesabatını dərc edib, şirkət tarixində ilk dəfə gəlir əldə etdiyini bildirdi.
Valyuta.az-ın məlumatına görə, dünyanın ən böyük forumlarından biri olan “Reddit” 20 illik tarixində bir ilki gerçəkləşdirdi. Şirkət, bir tədbir keçirərək 2024-cü ilin üçüncü rübünə dair maliyyə hesabatını təqdim etdi. Verilən məlumatlara görə, “Reddit” ilk dəfə qazanc əldə etdiyini açıqladı. Həmçinin, aktiv istifadəçi sayında da əhəmiyyətli artım oldu.
“Reddit”in açıqlamalarına görə, üçüncü rübün gəliri 348,4 milyon dollar olub. Bu məbləğin 29,9 milyon dolları xalis mənfəət olaraq şirkətin hesabında qaldı. Bu ilin əvvəlində səhmləri bazara çıxan şirkət, birinci rübdə 575 milyon dollar ziyan bildirmişdi, amma üçüncü rübdə ilk dəfə müsbət nəticə göstərdi.
“Reddit”in aylıq istifadəçi sayı 100 milyona çatdı
“Reddit” aylıq istifadəçi sayında da müsbət göstəricilər olduğunu açıqladı. Şirkətin məlumatına görə, üçüncü rübdə aktiv istifadəçi sayı 97,2 milyon olub. Bəzi günlər 100 milyondan çox aktiv istifadəçi olduğu bildirilib. Bu, “Reddit”in aylıq istifadəçi sayının illik olaraq 47% artdığı deməkdir.
“Reddit”in CEO-su Steve Huffman şirkətin mənffəti ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, platformanın mənfəət etməsinə səbəb olan əsas faktor süni intellekt dəstəkli tərcümə xüsusiyyətidir. Huffman, bu yerli tərcümə funksiyasının 2025-ci ilə qədər 30-dan çox ölkəyə genişlənəcəyini qeyd edib.
Əvəz Həsənov
HƏMÇİNİN BAX:
"Alphabet"dən proqnozları üstələyən gəlirlər - HESABAT
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay