BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
58547

Paytaxtdakı kirayə mənzil bazarında qiymətlər yenidən artmağa başlayıb. Buna səbəb COP29-a sayılı günlər qalmasıdır. Əmlakçılar şəhərə minlərlə qonağın gələcəyindən istifadə edərək günlük kirayə verilən evlərin qiymətlərini qaldırıblar. Kirayə mənzil qiymətlərinin noyabr ayında daha da artması gözlənilir.

Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda Bakıda turistlərin kirayə qalması üçün yetərli sayda mənzil var: 

“Hansısa bir dövlət tədbiri olanda siyahıda nəzərdə tutulan qonaqların hər biri dövlət tərəfindən otel və yerləşdirmə ilə təmin olunur. Yəqin ki, dövlət qurumları COP29-la bağlı da aidiyyəti tədbirləri görüb. Başqa tərəfdən, qonaqlar otel və mənzillərlə təmin olunacaqlar. Çünki Bakı şəhərində təxminən 2300-ə yaxın yeni tikili binalar var ki, həmin binların müəyyən bir qismi kirayə üçün nəzərdə tutulub. Onların əksər hissəsi boş vəziyyətdədir, çünki bu mənzillərin aylıq kirayə qiymətləri yerli vətəndaşların maddi gücünə uyğun gəlmir. Yəni onların satış qiymətləri baha olduğu üçün, kirayə qiymətləri də bahadır”. 

Ekspertin fikrincə, COP29-un keçiriləcəyi noyabr ayında qiymətlər daha da yüksələcək:

“Düşünürəm ki, gələn əlavə qonaqlara həmin evləri gündəlik kirayə verməklə, onları həmin mənzillərə yerləşdirmək olar. Gələn qonaqların hər birinin 2 həftəyə qədər Bakıda qalacağını düşünmürəm. Yəqin ki, bəlli bir zaman çərçivəsində bir hissəsi gəlib qayıdacaq və daha sonra digər hissəsi gələcək. Eyni zamanda, gələn bütün qonaqların tədbirdə iştirak etməsi üçün o həcmdə konfrans zalı və stadion yoxdur. Amma ümumən baxsaq, mənzil bazarında gündəlik kirayələrin qiymətləri bahadır. Bu turistik zonalarda daha yüksəkdir. Mövsümi aylarda minimum 50 manatdan başlayan günlük qiymətlər 300-500 manat arası dəyişir. Bakı şəhərində də eyni tendensiya müşahidə olunur. Paytaxtda gündəlik evlər 70 manatdan başlayır və 250-300 manata qədər gedib çıxır. Qiymətlər illərdir bu formada özünü saxlayıb. Yəqin ki, tədbir ərəfəsində tələbatdan asılı olaraq qiymətlər az da olsa, artacaq”.

© Yenisabah.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sosial media ulduzları milyonlar qazanır – 2025-ci ilin ən gəlirli yaradıcıları açıqlandı

“WhatsApp”da yeni funksiya işə düşür – Status bölməsinə yenilik gəlir

8,4 milyon istifadəçinin şəxsi məlumatları haker tərəfindən ələ keçirildi

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? (AÇIQLAMA)

Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

Nazir Gəncəyə rəis təyin etdi

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin