Finlandiyada Rusiyaya məxsus beş daşınmaz əmlaka həbs qoyuldu
Finlandiyada Rusiyaya məxsus beş əmlaka Ukraynanın “Naftoqaz” şirkətinin iddiası əsasında həbs qoyulub.
Valyuta.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, oktyabrın 28-də daha beş Rusiya əmlakının aşkarlanması mümkün olub və həmin əmlaklar həbslə əhatə olunub, onlardan üçü Aland adalarında yerləşir.
Həmin gün məlum olub ki, Finlandiyada Rusiya Elmi və Mədəniyyət Mərkəzinin (REM) torpaq sahəsinə “Naftoqaz”ın iddiası əsasında həbs qoyulub.
Məhkəmə icraçılarının qərarına əsasən, REM-in yerləşdiyi Nordenskiöldinkatu-1 ünvanındakı torpaq sahəsi və ofis binası da həbs olunub.
Bundan əlavə, borc toplama idarəsi Avropa İttifaqının sanksiyalarına məruz qalmış şəxslərlə bağlı Helsinkidə yeddi mənzilə həbs qoyub. Bu mənzillər Rusiya mərkəzinin yaxınlığında yerləşir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay