BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58413

Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 % faiz çox ət idxal edilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyib ki, bu, ölkədə ətin qiymətinin dəfələrlə artmasına qarşı hökumətin atdığı addımdır. Millət vəkili bildirib ki, əslində, ölkəyə idxal olunan məhsulların arıtırılması ilə əlaqədar qiymətlər enməli idi. Lakin bu proses baş vermir.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə isə son 1 ayda ətin qiyməti 1,7 faiz artıb.

Bəs ətin idxalı artdığı halda qiymətlər niyə enmir?

Mövzu ilə əlaqədar iqtisadçı Xalid Kərimli bildirdi ki, ölkədə ətin qiymətlərinin son dövrlər dayanmadan artmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, səbəblərin sırasında həm ölkədə saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının azalmasını, həm də heyvanların bəslənməsi ilə əlaqədar xərclərin artmasını göstərmək olar:

"Xüsusən də son dövrlər ev təsərrüfatları da təbii otlaq sahələrinin azalması səbəbindən ot bağlamaları ilə heyvanları bəsləmək məcburiyyətində qalırlar. Yəni xərc artıb, saxlanılan heyvanların sayında azalma var. Digər tərəfdən isə əhalinin sayı artır və paralel olaraq əhalinin alıcılıq qabiliyyəti artır. Qiymətlərin artmasına baxmayaraq, tələbatın aşağı düşməsi yox, əksinə, bahalaşması müşahidə olunur. Bu da xərclərin artması fonunda qiymətin yüksəlməsinə gətirib çıxarır".

İqtisadçı ölkədə idxalın artmasından da danışdı. O vurğuladı ki, 2022-ci illə müqayisədə 2023-cü ildə xırdabuynuzlu heyvanların idxalında ciddi surətdə artım müşahidə olunub. Üç dəfəyə qədər artım olub:

"Əgər 2022-ci ildə ölkəyə qonşu dövlətlərdən 200 min xırdabuynuzlu heyvan idxal olunubsa, 2023-cü ildə bu rəqəm 600 minin üzərinə çıxıb. Amma bütün bunlara baxmayaraq, qiymətlərin artımı davam edir. Birmənalı olaraq bildirmək mümkündür ki, idxal olunmasaydı, qiymətlər daha yüksək şəkildə artardı. İdxal edilən məhsullar qiymətin daha sürətli artmasının qarşısını alır".

Xalid Kərimli idxalın niyə artmasının səbəblərini də açıqladı:

"Ölkədə ət məhsullarını daha baha şəkildə satmaq mümkündür, tələbat mövcuddur və buna görə də idxalın həcmini artırırlar. İdxal o zaman kəskin şəkildə qiymətləri aşağı sala bilər ki, idxal edilmiş məhsulların qiyməti ucuz olsun, həm də daha böyük həcmli ət məhsullarını idxal etmək mümkün olsun.

Xüsusən də Ukrayna müharibəsindən sonra Azərbaycanda həm qırmızı ət, həm də quşçuluq məhsullarının idxalı Ukraynadan yarandı və bu ət məhsullarının qiymətinin artmasına da təsir göstərdi. Bundan başqa, qonşu ölkələrdə - Gürcüstan, Rusiyada ətin bahalaşması idxal qiymətlərinin artmasına gətirib çıxarıb. Yəni biz fikirləşməyək ki, idxal çoxdursa, qiymətlər niyə düşmür? Biz onu fikirləşməliyik ki, əgər bu idxal olmasaydı, qiymətlər ən azı indiki səviyyədən 20-30 faiz daha baha olacaqdı. İdxala rəğmən qiymətlərin artımının tədricən davam etməsi, bazarın hələ də tələbatının formalaşması fonundadır".

Ekspertin sözlərinə görə, nə qədər ki, ölkədə saxlanılan heyvanların sayında və bazara çıxarılan ətin həcmində əhəmiyyətli artım olmayacaq, əhalinin tələbatının artması fonunda qiymətlərin artması davam edəcək.

© Redaktor.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin