BAKU Azərbaycan
21.01°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
58391

Son günlər metroda yaranan nasazlıqların sayında artım müşahidə olunur. Bu problemlər sərnişin sıxlığına səbəb olur. Mənzil başına daha sürətli çatmaq üçün istifadə edilən yeraltı nəqliyyat vasitəsi artıq öz effektivliyini itirir

Son günlərin aktual problemlərindən birinə çevrilən metro yubanmalarının qarşısı necə alına bilər?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda baş verən problemlərin qatarla hər hansı ciddi bir bağlılığı yoxdur.

"Bu gün səhər saatlarında qatarda hər hansı bir nasazlıq yox idi, bununla belə, bizim təlimat qaydalarımıza uyğun olaraq, maşinist sərnişinləri düşürür, qatarı yoxlayır, problem yoxdursa, yola davam edir. Sıxlıq varsa, sərnişini günahlandırmaq olmaz. Sərnişin mənzil başına çatmaq istəyir, bu səbəbdən qapıların tutulub saxlanması halları olur. Qatarlar əsaslı təmir olunarkən müasir İtaliya istehsalı olan avadanlıqlar qoşulur.

Son illərdə nasazlıqların sayı azalıb. Amma bu avtomatik idarəetmə sistemidir. Maşinistin idarəetmə pultunda qapı ilə bağlı hər hansı bir siqnal varsa, maşinist mütləq buna reaksiya verməlidir. Burada sərnişin təhlükəsizliyi qatarın yubanmasından daha vacibdir.

Bu gün baş verən hadisə gur saatda olub. İki xəttin yalnız bir elektrik deposu var. Buna görə əvəzinə qatar yalnız "Nərimanov" elektrik deposundan verilir. Bu səbəbdən həmin qatar "Dərnəgül"ə qədər hərəkət edib geri qayıdana qədər intervalı azaltmaq mümkün olmur. İndiki halda üçün əsl və yeganə səbəb budur. Gur saatda bir qatarın xətdən çıxarılması məcburiyyəti yetərlidir ki, sıxlıq ifrat həddə yaxın olsun. Məsələ qatardan çox, infrastrukturla bağlıdır", - deyə o əlavə edib

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, şəhər mobilliyində axınların qarışması ciddi şəkildə müşahidə olunur.

"Bunun fərqli obyektiv və subyektiv səbəbləri var. Ümumi olaraq, demək olar ki, bizdə son zamanlar avtomobil nəqliyyatına diqqət daha çox ayrılıb, avtomobil yolları çəkilib, avtomobilləşmənin sayı artıb və səfərlərin çox hissəsi avtomobillə təşkil olunur. Digər sərnişindaşıma növləri - avtobuslar, metro şəbəkəsi, şəhərətrafı elektrik qatarı şəbəkələri - istədiyimiz sürətlə inkişaf etmir və bu da fəsadsız ötüşmür.

Sualı başqa cür qoya bilərik ki, niyə sıxlıq bu qədər çoxdur? Niyə məhz konkret olaraq bəzi stansiyalar daha çox yüklənir? Bu da metronun inkişafının şəhərin inkişafından geridə qalmasının nəticəsidir. Metroya investisiya qoyulmalı, yeni xətlər tikilməli, şəhərin şərq və qərb tərəfinin əlaqələndirilməsində bir marşrut yox, üç marşrut formalaşdırılmalıdır.

Yeni tikilən "bənövşəyi xətt"in şəhər mərkəzinə çatdırılması vacibdir. Bu lahiyələr icra olunduğu təqdirdə, sərnişin axını parçalanacaq. Yəni bir-iki stansiyanın daha çox yüklənməsi yox, bütün şəbəkədə bərabər paylanmasına və sərnişinlər üçün fərqli marşrutlarla gediş imkanı yaradılmasına gətirib çıxaracaq. Ən önəmlisi isə interval 1-2 dəqiqə arası olacaq.

Digər məsələ yerin üstündə olan şəhərətrafı elektrik qatarıdır. Onun yerüstü metro funksiyasını daşıması üçün şəbəkənin sağlamlaşdırılması, sürətin, eləcə də, stansiya və qatarların artırılması istiqamətində investisiya yatırılmalıdır.

Beləliklə, şəhər ətrafındakı əsas yükü şəhərətrafı elektrik qatarı, şəhərin daxilində isə metro götürməlidir. Gələcəkdə isə tramvayın əlavə olunmasına ehtiyac var ki, bu da metronun yükünün azaldılmasına gətirib çıxaracaq. Yəni metroda bu gün baş verənlər fəsaddır, səbəb deyil. Səbəb metronun inkişafının zəif getməsidir. Yəni sərnişin axını qeyri-bərabər paylanıb və bugünkü mənzərə ortaya çıxıb", - o bildirib.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?

Müəllimlərin sertifikasiyasının keçiriləcəyi imtahan mərkəzlərinin SİYAHISI

Möminə xatun türbəsi restavrasiya olunacaq

Sosial media ulduzları milyonlar qazanır – 2025-ci ilin ən gəlirli yaradıcıları açıqlandı

“WhatsApp”da yeni funksiya işə düşür – Status bölməsinə reklamlar gəlir

8,4 milyon istifadəçinin şəxsi məlumatları haker tərəfindən ələ keçirildi

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? (AÇIQLAMA)

Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

Nazir Gəncəyə rəis təyin etdi

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin