BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58389

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin tərkibinin bir hissəsi dəyişib. Əvvəlki çağırışlarda uzun illər təmsil olunan deputatlar parlamentin yeni tərkibində yer almayıblar. 
 
Valyuta.az xəbər verir ki, Modern.az VI çağırışın yenidən seçilməyən deputatlarının harada və nə işlə məşğul olması ilə maraqlanıb.

1995-ci ildən deputat olan Vasif Talıbov bu dəfə parlamentə düşə bilməyib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) budəfəki seçkilərdə onun namizədliyini irəli sürməmişdi. Məlumata görə, Naxçıvan Ali Məclisinin sabiq sədri hazırda heç bir işlə məşğul deyil. Onun Naxçıvanda yaşadığı barədə xəbərlər yayılıb.

Araşdırmamız nəticəsində məlum olub ki, VI çağırış Milli Məclisin deputatlarından Kamilə Əliyeva Bakı Dövlət Universitetinin genetika kafedrasının müdiri vəzifəsində çalışır. O, məlumatı bir müddət əvvəl saytımıza açıqlamasında da təsdiq etmişdi. "Bundan sonra da fəaliyyətimi burada davam etdirəcəyəm",-Kamilə Əliyeva açıqlamasında deyib. 

VI çağırış Milli Məclisin bitərəf deputatlarından olan Etibar Əliyev isə hansı işlə məşğul olduğunu belə açıqlayıb: "Biz böyük Zəfər qazanmışıq və hər kəsin üzərinə çalışdığı sahədən asılı olmayaraq böyük məsuliyyət düşür. Mən öz üzərimə düşən məsuliyyətimi dərk edən adamam. Mənim əzəldən missiyam maarifçiliyin təbliğidir və bu istiqamətdə işlərimi daha intensiv şəkildə davam etdirəcəm".

Hakim partiyanın namizədlər siyahısına düşməyən VI çağırış Milli Məclisin deputatlarından biri də Aqil Məmmədovdur. O, hazırda heç bir rəsmi bir işdə çalışmır. Bunu onun özü saytımıza təsdiqləyib.  "Hazırda rəsmi işlə məşğul deyiləm. İş üçün heç bir yerə müraciət də etməmişəm. Hər hansı işim olacaqsa, xəbəriniz olacaq",- A.Məmmədov deyib.

Hakim Yeni Azərbaycan Partiyasının VI çağırış Milli Məclisdə təmsilçisi olan Oqtay Əsədov hazırda təqaüddədir. Sabiq spikerin səhhətində müəyyən problemlərin yaranması barədə xəbərlər yayılıb.


VI çağırış Milli Məclisin bitərəf deputatlarından Rüfət Quliyev isə seçkilərdən sonra akademik karyera və marketinq üzrə məsləhətçi kimi çalışmağa başlayıb. Rüfət Quliyevin, həmçinin "CBC" telekanalında iki verilişi var. Verilişlərin adları belədir: "Sahibkar saatı", "Dünya iqtisadiyyatı və Azərbaycan".

Nizami Cəfərov isə Azərbaycanda Atatürk Mərkəzinin direktoru vəzifəsində çalışır.

VI çağırış Milli Məclisin bitərəf deputatı Vahid Əhmədov isə gələcək fəaliyyəti ilə bağlı bunları demişdi: "Hələlik ailə qayğıları ilə məşğulam. Müəyyən ailədaxili məsələlər var. Sağlamlığımla məşğulam. Hələlik, dincəlirəm. Seçkidən sonra yəqin ki, siyasətlə məşğul olacam. Mən siyasətdən aralanmıram. Hələlik müəyyən problemlər olduğu üçün kənara çəkilmişəm".

Sabir Rüstəmxanlı, Tahir Kərimli, Fəzail Ağamalı isə partiya sədrləri olaraq fəaliyyətlərini davam etdirirlər. VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova hazırda Dünya Alpaqut Federasiyasının Prezidentidir.

Sabiq deputatlardan Adil Əliyev  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı,

Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır.

Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.

Eldəniz Səlimov isə hələ də həbsdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin