Dünya
28.10.2024 / 08:55
Çinli hakerlər ABŞ siyasətçilərinin zənglərini ələ keçiriblər
58345
Çinli hakerlər amerikalı siyasətçilərin, o cümlədən ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın müşavirlərindən birinin telefon zənglərini ələ keçirib.
Valyuta.Az xəbər verir ki, bu barədə “The Washington Post“ mənbələrə istinadən məlumat yayıb.
Vəziyyətlə yaxından tanış olan üç nəfərin nəşrə bildirdiyinə görə, hakerlərin Çin hökuməti ilə əlaqəli olduğu iddia edilən Salt Typhoon qrupu ilə əlaqəsi var.
Mənbələrin bildirdiyinə görə, onlar telefon danışıqlarının audio yazılarına, həmçinin şifrələnməmiş mətn mesajlarına daxil ola biliblər.
Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, ABŞ rəsmiləri hələ də nə qədər mesaj və yazının hakerlərin əlinə keçdiyini anlamağa çalışırlar.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay