BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
58246

Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildiribki, AMB ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır.

Xəyyam İsmayılovun sözlərinə görə, bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Burada əsas məqsəd isə istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır.

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, hazırda da Asan İmza və elektron imzadan istifadə etməklə, banka getmədən kredit verilməsi var. Lakin Mərkəzi Bank indi bunu etməklə şərtləri tənzimləmək istəyir:

“Hesab edirəm ki, bu doğru qərar olacaq. Çünki belə kredit verilərkən müxtəlif problemlər yaranır”. 

Ekspertin sözlərinə görə, bu kreditlərlə bağlı həll olunmalı iki problem var: 

“Birincisi, kredit verərkən əmin olmaq lazımdır ki, Asan İmzadan kredit götürən şəxsin özü istifadə edir. Çünki ola bilər ki, elektron imza kiminsə adına olsun, amma həmin an başqasının əlinə keçmiş olsun. 

Əgər bu iş məhkəməyə qədər gedib çıxarsa, bu zaman elektron imza sahibi krediti onun götürmədiyini deyə bilər. Bunun qarşısını almaq üçün isə video zənglə həmin şəxsin imza sahibi olduğunu təsdiqləmək lazımdır. 

İkincisi isə, kredit götürən şəxsə bütün şərtlərin izah olunmasıdır. Belə ki, vətəndaş bankdan kredit götürərkən, ona bank işçiləri tərəfindən şərtlər yerində izah olunur. Amma məsafədən kredit götürən şəxs şərtləri düzgün anlamadığını deyə bilər. Ona görə də belə kreditlər verilərkən həmin şəxslərə bir-bir və düzgün izah edilməlidir ki, tərəflər arasında problem yaranmasın. Ona görə də məsafədən kreditin verilməsi ilə bağlı şərtlər tənzimlənməlidir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin