BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
58220

Dünyanın ən böyük proqram təminatı şirkəti olaraq tanınan "Microsoft", 10 dekabrda keçiriləcək səhmdarlar toplantısında  şirkətin "Bitcoin" alıb-almamasını səsverməyə çıxaracaq. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, bu qərar ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) rəsmi olaraq bildirilib. Bildirişdə həmçinin İdarə Heyəti bu təklifin rədd edilməsini tövsiyə edib.

"Microsoft"-a bu təklifin ictimai siyasət araşdırma təşkilatı olan "The National Center for Public Policy Research" tərəfindən edildiyi qeyd olunur. Konservativ baxışları ilə tanınan bu təşkilatın, "Project 2025" adlı siyasi gündəmi çərçivəsində təklifi irəli sürdüyü bildirilir. "Project 2025" proqramı, seçkilərdən sonra sərbəst bazar iqtisadiyyatı, kiçik hökumət təsiri və aşağı vergilər kimi islahatların həyata keçirilməsini hədəfləyir. "Bitcoin"-in mərkəzləşdirilməmiş strukturu bu cür düşüncə mərkəzlərinin marağını cəlb edir.

İdarə heyəti rədd təklif etdi: “Lazımsızdır”

Səsvermə SEC-yə rəsmi olaraq bildirilib. Bildirişdə həmçinin İdarə Heyətinin rədd səsverməsini tövsiyə etdiyi və bunun "lazımsız" olduğu vurğulanıb. Açıqlamada aşağıdakı ifadələr yer alıb:

""Microsoft"-un Qlobal Xəzinə və İnvestisiya Xidmətləri komandası, sərmayə qoyula biləcək aktivləri geniş şəkildə araşdırır. İnflyasiyadan qorunma və portfelin şaxələndirilməsi üçün potensial təmin edəcək aktivlər də bu araşdırmalara daxildir. Əvvəlki araşdırmalarda "Bitcoin" və digər kriptovalyutalar da nəzərdən keçirilib. Gələcəkdə bu cür qərarlar üçün "Microsoft", trendləri və kriptovalyutalarla bağlı inkişafları izləməyə davam edəcək.”

Ən böyük şirkət olacaq

3 trilyon dollardan çox bazar dəyəri ilə ABŞ-ın 3-cü ən böyük şirkəti olan "Microsoft", "Bitcoin" alımı edərsə, bu sahədə Tesla və MicroStrategy-ni geridə qoyacaq. Şirkət beləliklə, “"Bitcoin" alan ən böyük şirkət” ünvanına sahib olacaq.

Xəbərin dünən axşam saatlarında yayımlanmasının ardından "Bitcoin"-in qiyməti 68,500 dollara qədər yüksəldi, lakin gecə saatlarında yenidən 68,000 dolların altına düşdü.

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin