“Azər Türk Bank”ın problemli kreditləri 50%-dən çox artıb
2024-cü ilin III rübündə “Azər Türk Bank”ın problemli kreditləri artmaqda davam edib.
Valyuta.az-ın hesablamasına görə, bankın problemli kreditləri ilin əvvəlinə nisbətən III rübdə 50,3% və ya 4,57 milyon manat artaraq 13,67 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 9,09 milyon manata bərabər olub.
Buna baxmayaraq bankın problemli kreditlərinin ümumi portfeldə çəkisi 2,1%-dən 1,8%-ə kimi enib.
“Azər Türk Bank”ın problemli kreditlərində ən böyük artım istehlak kreditləri üzrə müşahidə edilir. Bankın problemli istehlak kreditləri 4,62 milyon manat artaraq 6,6 milyon manatdan 11,23 milyon manata kimi yüksəlib.
Bankın problemli biznes kreditləri isə cəmi 0,4% artaraq 2,07 milyon manata bərabər olub.
Bu dövrdə bankın problemli kreditlərinin yalnız 56 min manatı istehlak kreditlərinə aid olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 65% azdır.
Ümumilikdə bankın vaxtı ötmüş kreditləri isə 18,4 milyon manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 43% çoxdur.
Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilmə olan kreditlər problemli kreditlər hesab edilir.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay