BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
58008

Binance, dünyanın aparıcı blokçeyn ekosistemi və ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası və onun təhsil bölməsi olan Binance Academy, Azərbaycandan olan istifadəçilər üçün “Kriptoməktəb” adlı təhsil layihəsi çərçivəsində qabaqcıl kursun başladığını elan edir.

“Kriptoməktəb” layihəsi 2024-cü ilin əvvəlində istifadəyə verilib və yeni başlayan istifadəçilərə blokçeyn və kriptovalyutalar haqqında biliklər vermək məqsədi daşıyıb. Layihədə MDB ölkələrindən 1000-dən çox insan iştirak edib.

Yeni kursun əsas məqsədi “Kriptoməktəb” çərçivəsində blokçeyn texnologiyası, mərkəzsiz tətbiqlər (DApps), mərkəzsiz maliyyə (DeFi), NFT, kriptoticarət və bir çox digər sahələrdə daha dərin biliklər verməkdir. Kurs 70 moduldan ibarətdir və 22 oktyabr 2024-cü il tarixindən 22 noyabr 2024-cü il tarixinədək davam edəcək. Kursa Binance istifadəçisi olan istənilən şəxs qoşula bilər və təhsil təşəbbüsü tamamilə ödənişsizdir. Kursun sonunda iştirakçılara sertifikat veriləcək. Təhsil təşəbbüsü çərçivəsində bütün iştirakçıları tapşırıqları yerinə yetirdikləri üçün mükafatlar, həmçinin iPhone 15 və Airpods Pro Max hədiyyələrinin püşkü gözləyir. Ətraflı məlumat üçün linkə keçid edin.

“Bizim təhsil təşəbbüslərimiz rəqəmsal aktivlərin geniş yayılmasına yönəlmiş strategiyamızın əsasını təşkil edir. Azərbaycan kriptovalyutaların qəbulu sürətinə görə aparıcı mövqelərdədir və biz istifadəçilərə blokçeyn texnologiyası və kriptovalyutalar haqqında dərin və müasir biliklər təmin etməyə çalışırıq”, — deyə Binance-in Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika regionlarının rəhbəri Kirill Xomyakov qeyd edib. “Kriptoməktəb” kimi layihələr regionda kriptosavadlılığın formalaşmasına töhfə verir, istifadəçilərə rəqəmsal aktivləri gündəlik həyata inamla inteqrasiya etməyə kömək edir, bununla yanaşı, təhlükəsizlik və tənzimləmə ilə bağlı mürəkkəb aspektləri daha yaxşı anlamalarını təmin edir."

Binance haqqında

Binance, rəqəmsal aktivlərin ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası da daxil olmaqla, geniş çeşidli maliyyə məhsulları təklif edən, dünyanın aparıcı kriptovalyuta infrastrukturu təminatçısıdır. Dünyanın hər yerində milyonlarla insanın etibar etdiyi Binance platforması, istifadəçilərin maliyyə azadlığını artırmaq üçün yaradılıb və ticarət və maliyyə, təhsil, data və araşdırmalar, xeyriyyəçilik, investisiyalar və inkubasiya, mərkəzsizləşdirmə və daha bir çox kriptovalyuta məhsulları və həllərini özündə cəmləyən geniş xidmət portfeli təklif edir.

Binance Academy haqqında

Binance Academy — blokçeyn və kriptovalyutalar üzrə aparıcı təhsil platformasıdır və 800-dən çox məqalə və lüğət, eləcə də blokçeyn, kriptovalyutalar, Web3 və digər mövzularda kurslar təqdim edir. 2018-ci ildə istifadəyə verilmiş bu platforma, dünya üzrə 30-dan çox dildə milyonlarla iştirakçılara xidmət edir. Binance Academy-nin təhsil təşəbbüslərinə “Oxu və qazan”, universitetlərlə əməkdaşlıq proqramları, “Tələbə Səfiri” proqramı, eləcə də aparıcı onlayn təhsil platformaları, peşəkar assosiasiyalar və sənaye ittifaqları ilə tərəfdaşlıqlar daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qarabağ Universiteti 4 milyonluq invertar və avadanlıq alır

Şəxsi məlumatlarınızı qoruyun: Wi-Fi təhlükəsizliyi üçün 5 addım

Bu şirkətin yarım milyonluq manata yaxın vergi borcu var

"Apple" iki "iPhone" modelini "vintaj" elan etdi: Bu nə deməkdir?

Mikayıl Cabbarova yeni vəzifə verildi

Tütün məmulatlarının idxalı azaldı

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Prezidentdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

Nazirliyin işçilərinin sayı artırıldı

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Prezident onları təltif etdi - Sərəncam

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi

Ən sürətli internetə sahib şəhərlər açıqlandı - Bakı neçənci yerdədir?

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin