BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
57967

Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.

Valyuta.az-ın məlumatına görə, deputat Razi Nurullayev çıxışında bildirib ki, dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir:

“Bu, çox yaxşıdır. Amma, o ödəmələr indiki vəziyyətdə onların ehtiyaclarını nəinki tam ödəmir, həm də gələcəkləri üçün konkret addımlar atılması potensialı yaratmır. Həm müalicələri, həm təhsilləri, həm də tərbiyələri baxımından. Təklif edirəm ki, yeni doğulan uşaqların 1-3 yaş arası yemək xərcləri dövlət tərəfindən ödənilsin”.

R.Nurullayev təəssüflə vurğulayıb ki, ölkəmizdə uşaq yeməkləri istehsal olunmur: “Uşaq yeməkləri də çox bahadır. Hər bir ailə keyfiyyətli uşaq yeməyi ala bilmir. Məhz bunun nəticəsində körpələrin özülünün sağlam şəkildə qoyulması təhlükəsi yaranır. Zənnimcə, bunun nəticəsi olaraq, nəsildə boyun qısalması, yaddaş zəifliyi, beyin kilidlənməsi yaranır. Hətta deyərdim ki, oxumamağa, savad almağa zəif meyllilik də bununla bağlı ola bilər. Bir də əlil uşaqları olan ailələrin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmasını istərdim. Nə demək istədiyimi bir ailənin üzərində izah edim. Bir ailə tanıyıram, iki övladı var. Qan qohumu ilə evlənib. İki uşağın ikisi də xəstə doğulub, bir kar, lal və fiziki məhdudiyyətli, o birisi isə tam fiziki məhdudiyyətli. Yazıq ana hər gün həkim və xəstəxanalarda. Onun uşaqlarına dövlət tərəfindən köməklik olunur, amma bu onlara kifayət etmir. Ata da tam işləyə bilmir. Yəni həyatları alt-üst olub. Onun üçün də bu cür ailələrə əsaslı köməyin tərəfdarıyam”. Deputatın sözlərinə görə, bu cür ailələrə hətta avtomobil də vermək olar ki, ana özü idarə edib övladlarını həkimlərə, xəstəxanalara aparsın: “Hətta, onun sürücülük məkəbində oxumasını da dövlət üzərinə götürə bilər. Çünki, dövlətin əsasını onun vətəndaşları təşkil edir və bizim ölkəmiz də sosial məsələlərə daha həssasdır. Sadəcə, konkret misallar üzərində problemləri dedim. İstərdim ki, həm uşaqların, həm də bu qəbildən olan əlil uşaqların və valideynlərinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görülsün”.

© Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin