BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
57848

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 837.3 milyon manat vəsait xərclənib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur.

Bəs insanlar geyimi daha çox ehtiyacdan alırlar, yoxsa bu, onlayn reklamlarda, yaxud tanışlarında və s. görüb psixoloji təsir altına düşürlər?

Valyuta.az xəbər verir ki, bununla bağlı psixoloq Gülnar Orucova Redaktor.az-a açıqlamasında bildirdi ki, əvvəllər insanlar lazım olan geyimləri alırdılar.

"Hətta yadıma gəlir ki, "universal" deyilən bir yerdə geyim növbəsinə dayanırdıq ki, buradan bu gün geyim alacağıq. Ancaq indi insanlar əllərində olan son qəpiklərini də geyimə verirlər ki, mən bu paltarı filankəsin toyuna geyinmişəm, bu məclisə də geyinməyim. 

Bundan başqa, markalar insanları xəstəliyə salıblar. İnsanlar marka geyimə milyonlarla pul xərcləyirlər. Əslində, endirim deyə bir şey yoxdur. Mağazalar sadəcə olaraq lazım olmayan nəyisə müştəriyə aldırmaq məqsədilə bu vasitədən istifadə edirlər. Görürük ki, heç lazımlı şeylərə endirimlər qoyulmur. Bu da biznes strategiyalarından, marketinq psixologiyalarından biridir".

Psixoloq vurğuladı ki, insanlarda onlayn alış-verişə daha çox maraq yaranıb. Çünki bu, artıq daha ucuz başa gəlir:

"Bəzən buradakı mağazalarda həmin paltarı geyinirlər, ölçünü götürüb, xaricdən onlayn şəkildə sifariş edirlər. İstənilən halda paltara verilən çoxlu pul itkiyə gedir. Gərək insanlar özlərinə lazım olanı alsınlar. Bu gün çoxları sosial mediada şəkillər paylaşırlar, hətta bir adam yeddi gün fərqli yerlərdə şəkil paylaşmaq istəyirlər. Niyə paylaşmaq istəyirlər, bu da ayrı bir mövzudur. Çünki kimsə xoş söz desin, özünü kiməsə bəyəndirsinlər və s. Yaxud kimsə blogger, influenserdirsə, o bir paltarı alır, reklam edir, öz adı ilə endirim təklif edir və izləyiciləri buna aldanırlar. Halbuki həmin şəxs o pulu çıxardır, çünki ağıllıdır. Zərərə düşən isə onun izləyiciləri olur".

Gülnar Orucovanın sözlərinə görə, paltara çox pul vermək insanlarda son dönəmlərdə bir xəstəliyə çevrilib, davamlı paltar alırlar:

"Bəzən eyni paltarın müxtəlif rənglərini alırlar və yatırımı düzgün yerə eləmirlər. Hər zaman deyirəm, varlı insan ağıllı olduğu üçün varlıdır. Nadirən varlı insanın əynində hər gün bir paltar görmək olar. Marka geyim olsa belə, birini alıb uzun müddət istifadə edirlər. Amma digər təbəqə elə materiallardan paltarlar alır ki, dəriyə belə zərərdir. Amma əsas odur ki, əynində fərqli görünsün. Normal psixologiyaya sahib olan insan bu qədər paltara pul xərcləməz. Birinci növbədə paltara pul xərcləmədən öncə öz bədəninizi tanımalısınız. Düşünməlisiniz ki, bu geyim sizə yaraşarmı? Buradan yola çıxaraq lazımlı geyimləri almaq olar. Hətta 2 dənə köynəklə belə gözəl və fərqli kombinlər yaratmaq mümkündür".

Psixoloq qeyd etdi ki, moda heç də stabil qalmır, tez-tez dəyişir və bir zaman sonra keçmişin modaları dəbə gəlir: "Buna görə də paltarlarınızı atmamağa çalışın".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin