Ölkəyə minik avtomobillərinin idxalı azaldı - Qiymətlərə təsir edəcək?
Ölkəyə minik avtomobillərinin idxalı azalıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yeddi ayda minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı əvvəlki illərlə 12,6 faiz azalaraq 46 017 ədəd təşkil edib. Avtomobil satışı ilə məşğul olan Sərxan Qədirov deyir ki, ilin əvvəlindən maşın bazarında yaranan durğunluq xaricdən gətirilən avtomobillərin sayına da təsir edib.
Sərxan Qədirov deyir ki, bazardakı durğunluğa baxmayaraq bəzi minik avtomobillərinin qiymətlərində artım var.
Ekspert hesab edir ki, qiymətə təsir edən əsas amillərdən biri taksi fəaliyyəti üçün ili təzə olan nəqliyyat vasitələrinə tələbatın artmasıdır.
Sərxan Qədirov onu da əlavə etdi ki, hər il olduğu kimi bu il də payız-qış mövsümündə bazarlarda canlanmanın müşahidə ediləcəyi gözlənilir.
Valyuta.az Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay