BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
57795

“Al-Farabi Innovation Hub” innovasiya mərkəzi “Astana Hub” və “Plug and Play Saudi” ilə birgə Orta Asiyadan olan startaplar üçün hazırlanmış “Al-Farabi ScaleUp” proqramının ilk buraxılışının başlandığını elan edir. Proqram Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək və Yaxın Şərq və Şimali Afrika (MENA) bazarında genişlənməyə hazır olan startapları dəstəkləmək məqsədi daşıyır. MENA bazarı Misir, Əlcəzair, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər kimi Yaxın Şərq və Şimali Afrika ölkələrini əhatə edir.

AZƏRTAC “Al-Farabi Innovation Hub”a istinadla xəbər verir ki, iştirak üçün müraciətlər 2024-cü il oktyabrın 25-dək qəbul edilir. Proqram “Product-Market Fit” (PMF) mərhələsində İT layihələrinə və Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstandan olan yetkin texnologiya şirkətlərinə yönəlib. Seçim nəticələrinə əsasən, 15 ən yaxşı startap Səudiyyə Ərəbistanı bazarına daxil olmaq, o cümlədən regionun aparıcı korporasiyaları və vençur fondları ilə əlaqələr qurmaq imkanı əldə edəcək.

Çoxillik təcrübəsi olan və MENA regionunda innovativ layihələr üzərində işləyən “Plug and Play” mentorluq dəstəyi və beynəlxalq bazarlara daxil olmaq üçün imkanlar təqdim edəcək. Proqrama Səudiyyə Ərəbistanında 6 həftəlik onlayn təlim və 8 həftəlik offlayn iş daxildir. İştirakçılar məhsulların regional bazara uyğunlaşdırılmasında dəstək, habelə regionun aparıcı fondlarından və investorlarından sərmayələr cəlb etmək şansı, həmçinin Ər-Riyadda iki ay müddətində yerləşmə imkanı əldə edəcəklər. Ən perspektivli layihələr “Tumar Venture Fund”dan investisiyalar cəlb edə biləcək.

Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və “Tumar Venture Fund”un birgə innovasiya mərkəzi olan “Al-Farabi Innovation Hub” bu ilin mart ayında açılıb. Mərkəzin vizyonu Qazaxıstandan olan istedadlı sahibkarları və innovativ startapları Səudiyyə Ərəbistanına cəlb etmək və ilkin sərmayə, akselerasiya proqramları, dəyərli sənaye bilikləri və şəbəkələşmə imkanları təmin etməklə onların regiona köçməsini və inkişafını dəstəkləməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

Bakıda bu küçənin adı dəyişdirildi

Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir - FOTO

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Ərzaq məhsullarının qiymətində bahalaşma

Neftimizin qiymətində artım müşahidə olunur

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Rubl bahalaşarkən, avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin