"PRO LİZİNG CO" məhkəmə qarşısında
"PRO LİZİNG CO" Məhdud Məsuliyyətli Cəmiyyəti yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi) inzibati xəta üzə cərimələnə bilər.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsinə görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay