
Türkiyədə fəaliyyət göstərən Azərbaycan kapitallı şirkətlərin sayı açıqlanıb
"Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin rəsmi məlumatına görə, ölkəmizdə Azərbaycan kapitallı 2892 şirkət fəaliyyət göstərir. Şübhəsiz ki, Azərbaycanın ölkəmizdə ən böyük sərmayəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neft-kimya sahəsinə yatırdığı investisiyalardır".
Valyuta.az xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat İqtisadiyyat.az-a müsahibəsində deyib.
"Bundan əlavə, Türkiyədə avtomobillər və motosikletlər istisna olmaqla, topdan ticarət və ticarət vasitəçiliyi (755), tikinti (387), motorlu nəqliyyat vasitələri istisna olmaqla, pərakəndə ticarət, məişət mallarının təmiri (308), köməkçi və yardımçı nəqliyyat fəaliyyəti, səyahət agentlikləri fəaliyyətləri (179), digər biznes fəaliyyətləri (129), hotel və restoran fəaliyyəti (123), daşınmaz əmlak sahəsi üzrə fəaliyyət (105), quru və boru kəməri nəqliyyatı (89), səhiyyə və sosial xidmətlər (80), kompüter və əlaqədar fəaliyyətlər kimi sektorlarda 72 Azərbaycan şirkəti fəaliyyət göstərir", - nazir söyləyib.
Qeyd edək ki, müsahibənin geniş varaintı ilə bu linkdən tanış olmaq mümkündür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay