Rusiyada alüminium istehsalı üçün xammal idxalına gömrük rüsumları ləğv edilə bilər
Rusiya Sənaye və Ticarət Nazirliyi alüminium istehsalı üçün lazım olan xammalın idxalına tətbiq olunan 5%-lik gömrük rüsumlarının 2025-ci ilin sonuna qədər ləğv edilməsini nəzərdə tutan qərar layihəsi hazırlayıb.
Valyuta.az xəbər verir ki, bu layihə müvafiq olaraq normativ hüquqi aktlar portalında dərc olunub.
Sənəddə bildirilir ki, söhbət alüminium floridindən və elektrodlarından gedir. Sənədə əlavə edilmiş izahata əsasən, bu tarif güzəşti 2 may 2024-cü il tarixindən 31 dekabr 2025-ci il tarixinə qədər çatdırılan məhsullara şamil olunur.
Bu layihəyə ilk dəfə "Kommersant" qəzeti diqqət yetirib.
Sənəddə həmçinin qeyd edilir ki, bu tədbir, Rusiya Federasiyasının metallurgiya sənayesinin inkişaf strategiyasında 2030-cu ilə qədər istehsal, istehlak, ixrac və idxal hədəflərinə nail olmaq məqsədilə, alüminium sənayesi müəssisələrinin lazımi xammal və məhsullarla təmin edilməsini qarantiya almaq üçün nəzərdə tutulub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay