BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
57404

Azərbaycanda un, makaron, ümumiyyətlə, müxtəlif növ un məhsullarının istehsalı üçün buğda emal müəssisələrini əsasən Türkiyə şirkətləri qururlar. Bu müəssisələrdə müxtəlif növ avadanlıqlar Türkiyədən gətirilir. Çünki Azərbaycanda bu kimi avandanlıqların istehsalı demək olar ki yoxdur.  

Belə ki, Türkiyənin məşhur şirkətləri Azərbaycanda (Karmen, Karat və.s ) şirkətlər üçün  müxtəlif növ dəyirmanlardan, avadanlıqlardan ibarət tam hazır müəssisə təhvil veriblər. Yəni, tam istehsal xəttini yaradıblar. 

Rusiyada, Qazaxıstanda buğda emalının bütün mərhələrində istifadə edilən müxtəlif növ avadanlıqlar istehal edilir. Lakin Azərbaycanda buğda emalında istifadə edilən avadanlıqlar, texnikalar (dəyirmanlar) istehsal olunmur. 

Valyuta.az bu sahədə yeni istehsal xəttinin yaradılması üçün lazım olan investisiyanın məbləğini və bunun ölkəyə, investora qazandıracağı vəsaitlə bağlı araşdırma aparıb. 

Türkiyəli mütəxəssislərin fikrinə görə, buğda emalı müəssisəsində 55-65 ədəd texnika olur. Təmizləmədən son istehsala qədər bütün prosesləri əhatə edən texnikalar yerləşdirilməlidir. 

Buğda emalı üçün müxtəlif növ avadanlıqların istehsalında bir sıra vacib məsələlərə diqqət edilməlidir. Türkiyə bu sahədə ixtisaslaşıb. Bir müəssisədə 50-55 növ texnika, avadanlıq istehsal edilməlidir. Bu texnikaların ehtiyat hissələrinin böyük hissəsi Türkiyənin daxilində istehsal edilir. Bu kimi texnikaların istehsalı üçün poladdan geniş istifadə edilir. Türkiyədə isə böyük həcmdə polad istehsal edilir. Digər hissələr yerli istehsaldır, çox az hissəsi xaricdən ölkəyə gətirilir. Yəni, buğda emalı müəssisəsində istifadə edilən avadanlıqlar tam yerli istehsal hesabına başa gəlir. 

Bu isə yerli istehsalın maya dəyərini azaldır.  Yəni istehsal yığımın üzərində qurulmayıb. İstehsal xətti bütün sənaye zəncirlərinin birləşməsi nəticəsində yaranmalıdır. Nəticədə ölkədə istehsal edilən avadanlıq idxalla müqayisədə ucuz olmalıdır. Bir sözlə, bir istehsal xəttinin yaradılması üçün 8-10 milyon ABŞ dolları dəyərində investisiya lazımdır.  Şirkət investisiya yatırandan sonra, müəssisədə avadanlıqların istehsalı başlayandan sonra şirkət 3-5 milyon ABŞ dolları həcmində layihə sifarişi qəbul edərsə, burda 10-20 %-lik bir marja əldə edilsə, şirkət 5 ilə yatırdığı vəsaiti geri götürə bilər. Lakin digər biznes sahəsində olduğu kimi bütün məsələləri tələb-təklif müəyyənləşdirir.  

Türkiyənin məşhur şirkətinin mütəxəssislərinin fikrinə görə, bu kimi istehsal xəttinin yaradılması ölkənin xaricdən asılılığını kəskin azaldır. Bu kimi müəssisələrin yaradılması digər ölkələrin Azərbaycana müraciətinə səbəb olar.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin