Türkiyə bankları Rusiya pullarını qəbul etmək üçün icazə gözləyir
Türkiyənin Dövlət Bankı Ziraat Rusiyadan pul köçürmələrinin bərpası ilə bağlı səlahiyyətlilərin qərarını gözləyir.
Valyuta.az-ın məlumatına görə, bankın Ankaradakı filialının əməliyyat departamentinin nümayəndəsi "RİA Novosti"yə bildirib ki, hazırda belə əməliyyatların aparılması mümkün deyil.
İlin əvvəlindən Türkiyə ixracatçıları Rusiyadan köçürmələri qəbul etməyən banklarla qarşılaşıblar. Agentliyin mənbəsi problemi ABŞ-ın sanksiyalara görə Türkiyəyə təzyiqi ilə əlaqələndirir. Türkiyənin ən böyük özəl bankı Denizbank, köçürmələrlə bağlı çətinliklərin davam etdiyini təsdiqləyərək, rusların hələ də rubl hesabları aça biləcəyini qeyd edib.
"Biz səlahiyyətli orqanlardan qərar gözləyirik, hələ ki, onu almamışıq", deyən Ziraat Bankının nümayəndəsi problemin səbəblərini və həlli üçün vaxt çərçivəsini açıqlamaqdan imtina edib.
Sentyabrın əvvəlində Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov vəziyyəti gərgin adlandıraraq, Qərbi Rusiya-Türkiyə iqtisadi əməkdaşlığını qəsdən pozmaqda ittiham edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay