ABŞ-ın Avropadan qaz gəlirləri son üç ilin minimum səviyyəsinə düşüb
Avqustun sonunda ABŞ Avropa İttifaqına 753,6 milyon dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Praym” Amerika statistika xidmətinə istinadən yazıb.
Avqustda ABŞ-ın Aİ-yə qaz idxalından əldə etdiyi gəlir bu istiqamətdə tədarük həcminin 18% artmasına baxmayaraq, iyul ayı ilə müqayisədə 5% azalıb.
Niderland regionda Amerika LNG-nin əsas alıcısı olaraq qalır. Aİ-yə tədarükün 1/4-i bu ölkənin payına düşür. İlk üçlüyə İspaniya və İtaliya da daxildir.
Ümumilikdə, ABŞ avqustda qaz ixracını 9% azaldaraq 2,14 milyard dollara çatdırıb.
Üçüncü rübün nəticələrinə əsasən, Rusiya Avropa İttifaqına qaz tədarükündə ABŞ-ı ötüb. İyul-sentyabr aylarında Rusiya Federasiyası Avropa bazarına 13,3 milyard kubmetr, ABŞ 9,5 milyard kubmetr qaz göndərib. Analitiklər izah edirlər ki, Rusiyanın Avropa idxalında payı Amerika tədarükünün daha sərfəli Asiya istiqamətinə yönləndirilməsi ilə əlaqədar artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay