Bloomberg: Ukraynaya gedən gəmilərin sığorta dəyəri bir həftədə üçdə bir artıb
Ukraynaya gedən gəmilərin sığorta dəyəri keçən həftədən etibarən üçdə bir artıb.
Valyuta.az xəbər verir ki, bu barədə cümə axşamı Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumatlara görə, keçən həftə sığorta dəyəri gəminin qiymətinin 0,75%-i civarında olduğu halda, indi bu göstərici 1%-dən yuxarıdır. Məsələn, 50 milyon dollar dəyərindəki bir gəmi üçün sığorta xidmətləri bir səfər üçün 125 min dollar daha bahalı olacaq. Bloomberg qeyd edir ki, bu, Ukrayna limanlarına artan zərbələrlə bağlı ola bilər.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, "İskander-M" kompleksi Avropadan olan sursatlarla yüklənmiş bir gəmiyə Odessa bölgəsindəki Cənubi limanında zərbə endirib. Raket zərbəsi yükləmə prosesi zamanı həyata keçirilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay