Dünya
11.10.2024 / 09:30
Dünya Bankı Ukrayna üçün yeni fond yaratmaq barədə qərar qəbul edib
57232
Dünya Bankının İcraiyyə Şurası Ukraynaya dəstək üçün yeni maliyyə fondunun yaradılmasını təsdiqləyib.
“Reuters“ bu barədə oktyabrın 10-da mənbələrə istinadən məlumat yayıb.
“Cümə axşamı Dünya Bankının İcraiyyə Şurası Ukraynaya dəstək üçün ABŞ, Kanada və Yaponiyanın töhfə verəcəyi maliyyə vasitəçiliyi fondunun (FIF) yaradılmasını təsdiqləyib”, - nəşr bildirib.
Nəşrin məlumatına görə, Dünya Bankı tərəfindən idarə olunacaq fond, G7 (Böyük Yeddilik) ölkələrinin Kiyev rejiminə 50 milyard dollara qədər əlavə maliyyə vəsaiti ayırmaq vədini ilin sonuna qədər yerinə yetirməyə kömək edəcək.
©APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay