İrana hücum ehtimalı nefti yenidən bahalaşdırdı
Çərşənbə günü neft qiymətləri yüksəlib, çünki treyderlər Yaxın Şərqdəki vəziyyəti qiymətləndirib və aşağı tələb gözləntilərini davam etdiriblər.
Valyuta.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:45-də Brent markalı neftin fyuçersləri 0,78% artaraq 77,78 dollar/barelə, WTI markalı neftin fyuçersləri 0,72% artaraq 74,1 dollar/barelə çatıb.
Hizbullah və İsrail arasında mümkün atəşkəs fonunda əvvəlki sessiyada qiymətlər 4%-dən çox düşüb, lakin bazarlar İsrailin İranın neft infrastrukturuna potensial hücumundan ehtiyatlı edir.
“Atəşkəs danışıqları və daha da eskalasiya arasında sarkaç kimi yellənən Yaxın Şərq münaqişəsi ilə bağlı gündəlik başlıq dilemması investorları reallıqdan yayındırır. Neft bazarları “şayiələri al” əhval-ruhiyyəsinə qapılır və vacib olan real əsasları kölgədə qoyur", - “Phillip Nova”dan Priyanka Saçdeva deyib.
Tələb tərəfində, neft ehtiyatları oktyabrın 4-də bitən həftədə 10,96 milyon barel artıb, bazar iştirakçıları anonimlik şərti ilə deyiblər.
Çində əlavə iqtisadi stimulun olmaması ilə bağlı narahatlıqlar da neft bazarında artımı ləngidir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay