ABŞ məhkəməsi "Google"u inhisarçı kimi tanıdı və "Android"i açmağı əmr etdi
"Google" və "Epic Games" arasında 2020-ci ildən bəri davam edən məhkəmə prosesləri sonuncunun xeyrinə başa çatıb.
Valyuta.az "The Verge" portalına istinadən xəbər verir ki, üçüncü tərəf oyunları və proqram mağazaları artıq "Android"də görünəcək.
Kaliforniya məhkəməsi "Google"a "Android" istifadəçilərinə üçüncü tərəf proqram mağazalarını üç il ərzində birbaşa "Google Play"dən yükləməyə icazə verməyi əmr edib. Eyni zamanda, o, istifadəçiləri ödəniş variantları haqqında məlumatlandırmalı və alternativ resurslardan tətbiqləri yükləmək üçün keçidlər təqdim etməlidir.
Bundan əlavə, "Google" aşağıdakıları etməyə borcludur:
- "Google Play-dən kənar alternativ ödəniş üsulları əlavə etmək;
- "Google Play"də eksklüzivlik üçün tərtibatçılara mükafatlar və endirimlər təklif etməyi dayandırmaq;
- Tərtibatçılara tətbiqlərini digər proqram mağazalarında yaymağa icazə vermək;
- Müəlliflərə "Play Billing"dən asılı olmayaraq istənilən tətbiq qiymətlərini təyin etməyə icazə vermək;
Bütün dəyişikliklər ABŞ-da 1 noyabr 2024-cü ildən 2027-ci il noyabrın 1-dək tətbiq olunacaq. Hakim hesab edir ki, bu müddət rəqabəti gücləndirmək üçün kifayətdir, "Google" özü isə platformanın təhlükəsizliyinə nəzarəti özündə saxlayacaq və bu tədbirlərə əməl olunmasına görə rüsum tələb edə biləcək.
"Google" artıq məhkəmənin qərarından şikayət edəcəyini açıqlayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay