BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
56807

HBO telekanalının yeni bir sənədli filmində, "Bitcoin"in "Satoşi Nakamoto" adlı yaradıcısının əsl kimliyinin üzə çıxarıldığı iddia edilir. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, açıqlamanın 9 oktyabr, Çərşənbə günü, Bakı vaxtı ilə 00:00-da ediləcəyi gözlənilir.

Əgər bu iddialar doğrudursa, dünya maliyyə bazarlarında və hətta ABŞ prezident seçkilərində əhəmiyyətli dalğalanmalar baş verə bilər.

Cullen Hobackdan diqqətçəkən iş

Əvvəllər "QAnon" konspirasiya nəzəriyyəsinin müəlliflərini ifşa edən və "Q: Into the Storm" serialı ilə tanınan, Emmy mükafatına namizəd Cullen Hoback, bu dəfə "Bitcoin"in naməlum yaradıcılarının izinə düşüb. Böyük açıqlamanın qarşıdakı Çərşənbə günü (9 oktyabr) yayımlanacaq sənədli filmdə ediləcəyi gözlənilir.

Satoşinin kimliyi üzə çıxarsa, nə baş verəcək?

2009-cu ildə yaradıldıqdan bəri "Bitcoin" internet dövrünün maliyyə fenomeninə çevrilib. Satoşinin kimliyi açıqlanarsa, həm "Bitcoin" üzərindən törədilmiş cinayətlərdəki mümkün məsuliyyəti, həm də dünya zənginləri arasındakı mövqeyi müzakirəyə açılacaq. Özünə aid olduğu ehtimal edilən 1,1 milyon "Bitcoin" ilə Satoşinin bu günkü bazar dəyərlərinə görə 66 milyard dollarlıq sərvəti idarə edə biləcəyi bildirilir, lakin bu kripto açarlarına hələ də girişinin olub-olmaması qeyri-müəyyəndir.

Sənədli filmin yayımlanma tarixi yaxınlaşdıqca, 2009-cu ildən bəri aktiv olmayan bəzi yüksək dəyərli cüzdanların yenidən hərəkətə keçdiyi bildirilib. "Bitcoin Magazine"ə görə, son iki həftədə təxminən 250 BTC (15 milyon dollar) bu cüzdanlardan çıxarılıb. Bu cüzdanların Satoşi Nakamoto ilə rəsmi əlaqəsi olmasa da, "Bitcoin"in ilk günlərində yaradılıblar.

"Bitcoin" yaradıcısı" spekulyasiyaları davam edir

"Bitcoin"in yaradıcıları olaraq düşünülən ilk adlardan biri Hal Finney idi. Finney, on il əvvəl vəfat etmiş olmasına baxmayaraq, kripto icmasında nüfuzu və "Bitcoin"in başlanğıcındakı töhfələri səbəbindən tez-tez Nakamoto ilə əlaqələndirilirdi. Əslində, Finney, "Bitcoin" blokçeynində ilk P2P əməliyyatı həyata keçirən şəxsdir.

İddiaların mərkəzində olan digər bir ad isə Craig Wright oldu. 2016-cı ildən etibarən özünü "Bitcoin"in yaradıcıları kimi göstərən Avstraliyalı kompüter mütəxəssisi Wright, genişmiqyaslı bir kampaniya apardı. Lakin bu iddialar hüquqi prosesdə sübutlarla təkzib edildi və İngiltərə Ali Məhkəməsi Wrightın həqiqətən Satoşi Nakamoto olmadığına qərar verdi.

Satoşi Nakamoto ola biləcəyi düşünülən digər şəxslər arasında sistem mühəndisi Dorian Nakamoto, kompüter mütəxəssisi Nick Szabo və Hashcash ixtiraçısı Adam Back yer alır. HBO-nun tezliklə açıqlayacağı şəxsin bu insanlardan biri olub-olmayacağı maraqla gözlənilir. Kripto dünyası, illərdir cavabını axtardığı bu sirrin çözülməsini həyəcanla gözləyir.

Satoşi Nakamotonun əsl kimliyi, müasir dövrün ən böyük sirlərindən biri olaraq qalmağa davam edir.

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"OpenAI" "iPhone"un baş dizaynerinin şirkətini 6,5 milyarda satın aldı

Meşələrin İnkişafı Xidməti 700 minlik təsərrüfat malları alır

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

İlon Mask: Al sənayesi 2026-cı ilin əvvəlində enerji çatışmazlığı ilə üzləşəcək

"İnşaat Konstruksiyaları”nın da borcu var

Məhsulu yalandan reklam edə bilməyəcəklər - Bloqerlərə bəd xəbər

Durovun həbsi "Telegram"ı dayandırmadı: Şirkət 1,5 milyard dollar gəlir əldə edib

BYD ilk dəfə Avropada "Tesla"dan çox avtomobil satdı

Qarabağ Universiteti 4 milyonluq invertar və avadanlıq alır

Şəxsi məlumatlarınızı qoruyun: Wi-Fi təhlükəsizliyi üçün 5 addım

Bu şirkətin yarım milyonluq manata yaxın vergi borcu var

"Apple" iki "iPhone" modelini "vintaj" elan etdi: Bu nə deməkdir?

Mikayıl Cabbarova yeni vəzifə verildi

Tütün məmulatlarının idxalı azaldı

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin