BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
56669

Əməkhaqqı və pensiya artımı ilə bağlı təkliflər hazırlanıb. 

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək.

Bu haqda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılması ilə bağlı göstəriş verildiyini bildirib.

Əməkhaqqı və pensiya artımı ilə bağlı hansı təkliflərin olması maraqlı məqamlardandır. 

Referans.az-a danışan iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqı və pensiya ilə bağlı təkliflər Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən hazırlanır. Nazirlik tərəfindən təkliflər təqdim olunduqdan sonra ictimai müzakirəsi və eyni zamanda dövlət qurumları tərəfindən rəyin təqdim olunması həyata keçiriləcək. O cümlədən, Maliyyə nazirliyi tərəfindən fiskal əsaslandırma da bu istiqamətdə vacib məqamlardandır. Ona görə də mövcud qanunvericiliyə əsasən artımlarla bağlı təkliflər məhz hökümət və Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən hazırlanır".

Millət vəkili bildirib ki, Parlament üzvlərinin təklifi həm minimum əməkhaqqı, həm də pensiyada ikirəqəmli artımın həyata keçirilməsi ilə bağlıdır: "Hələlik konkret rəqəmlər yoxdur. Nazirliyin təkliflərindən sonra bu istiqamətdə müzakirələr gedəcək. Nəzərə alsaq ki, minimum əməkhaqqı sonuncu dəfə 2023 - cü ilin yanvar ayından etibarən artırılıb, ona görə ötən ildə qeydə alınan illik inflyasiya səviyyəsi nəzərə alınmaqla, əməkhaqqı artımının həyata keçirilməsini təklif edirik. Bu  ikirəqəmli əməkhaqqı artımlarıdır. Dəqiq rəqəmlər sözügedən nazirlik tərəfindən təkliflər təqdim olunduqdan sonra bilinəcək". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Tramp illik bu qədər gəlir alır

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin