Avropada inflyasiya rekord həddə çatdı - Dollar bahalaşacaqmı?
Avropa Statistika Təşkilatının (Eurostat) verdiyi açıqlamaya görə, sentyabrda avro bölgəsində illik inflyasiya 1,8% olub. Avqust ayında bu nisbət 2,2% idi.
Valyuta.az xəbər verir ki, sentyabrda qeydə alınan inflyasiya son 5 ilin ən aşağı göstəricisidir.
Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər salsaq, xidmət sektoru sentyabr ayında ən yüksək illik inflyasiya səviyyəsinə sahib olub. Avqustda 4,1% olan xidmət sektorunda inflyasiya sentyabrda 4%-ə enib.
Ərzaq, alkoqol və tütün məmulatlarının qiymətləri avqustda 2,3%-dən 2,4%-ə yüksəldiyi halda, qeyri-enerji sənayesi mallarının qiymətləri 0,4%-lə sabit qalıb. Enerji qiymətləri avqustda 3 %-dən 6%-ə enərək ən böyük azalmanı göstərib.
Avropada inflyasiyanın aşağı səviyyəyə düşməsi avronu ucuzlaşdıra, dolları isə bahalaşdıra bilər. Çünki aşağı inflyasiya şəraitində Avropa Mərkəzi Bankının faizləri endirməsi ehtimalı yüksəkdir ki, bu da avronu ucuzlaşdıracaq.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay