Bankın Müşahidə Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb
“Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb.
Valyuta.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Xasiyev Aslan Tarqulu oğlunun adı Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.
Bankdan verilən xəbərə görə, sentyabrda Rəhman Mərdan oğlu Əliyev “Rabitəbank”ın Müşahidə Şurasının müstəqil üzvü təyin edilib.
Bankın Müşahidə Şurasına tanınmış bankir Zakir Nuriyev Əlibala oğlu sədrlik edir.
Müşahidə Şurasının digər üzvləri Rauf Əliyev Zeynal oğlu və Rəşad Abbasov Səməndər oğludur.
Xasıyev Aslan Tarqulu oğlu 28 May 1961-ci ildə Lənkəran rayonunda anadan olub.
1986-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis İqtisadiyyatı” fakültəsini bitirib.
O, bank karyerasına 1986-cı ildə “Azərneftinşaat” Tikinti şirkətində Mühasib vəzifəsi ilə başlayıb. 1986-1993-cü illərdə həmin şirkətdə Mühasib, Aparıcı İqtisadçı və İqtisadi şöbənin rəisi vəzifələrində çalışıb.
1995-2003-cü illərdə “Rabitəbank” ASC-də Baş iqtisadçı, 2003-2006-cı illərdə isə Bankın “Korporativ müştərilərin kreditləşdirilməsi” şöbəsinin rəisi vəzifələrində çalışıb.
2006-cı ildən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin “Satınalmalar” şöbəsinin Direktor müavini vəzifəsində çalışır.
© Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay