ABŞ ilin sonuna qədər Rusiyanın aktivlərindən Ukraynaya 50 milyard dollar ayırmağa çalışır
"ABŞ 50 milyard dolların kilidini açmaq üzərində işləyir. Ukraynaya verilən kreditlər, ilin sonuna qədər dondurulmuş Rusiyanın suveren aktivlərindən gələcək mənfəət hesabına ödəniləcək".
Valyuta.az xəbər verir ki, bunu ABŞ səfiri Bridcet Brink “Forbes Ukraine” jurnalına müsahibəsində deyib.
"Biz 50 milyard dolların kilidini açmaq üzərində işləyirik. Bu, Rusiyanın suveren aktivləri əsasında Ukraynaya kreditlərdir. Hesab edirik ki, ilin sonuna qədər avropalılar və digər tərəfdaşlarla əməkdaşlıq etməklə bunu etmək olar", deyə ABŞ səfiri bildirib.
Onun sözlərinə görə, uğurlu olarsa, bu, əhəmiyyətli miqdarda vəsaitin kilidini açacaq. Brink əlavə edib ki, gələcək maliyyələşmə, xüsusən də Amerikada keçiriləcək seçkilərlə bağlı bəzi addımlar tələb edəcək və bu qərar hələ qəbul olunmayıb.
"Ancaq deyə bilərəm ki, mən Ukraynaya güclü ikipartiyalı dəstəyin azaldığını görmürəm" deyən əlavə edib ki, bu, Konqresin hər iki palatasına, eləcə də ictimaiyyət arasında geniş dəstəyə aiddir.
Qeyd edək ki, iyunun 14-də İtaliyada keçirilən G7 sammitində G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollara yaxın vəsaitin ayrılması barədə razılığa gəliblər. Ehtimal olunur ki, vəsaitlər Aİ və digər yurisdiksiyalarda yerləşən dondurulmuş suveren Rusiyanın aktivlərindən gələcək gəlirlərdən əldə ediləcək və ödəniləcək.
Bu plana görə, Aİ və ABŞ-ın hər biri təxminən 20 milyard dolları öz üzərinə götürməli, qalan 10 milyard dollar isə Böyük Britaniya, Yaponiya və Kanada arasında bölüşdürülməli idi.
Bununla belə, ABŞ kreditə xidmət göstərmək üçün davamlı gəlir axını təmin etmək üçün Aİ-nin Moskvaya qarşı sanksiyalarını qeyri-müəyyən müddətə uzadacağı üçün əksəriyyəti Avropada yerləşən Rusiya aktivlərinin dondurulmuş qalacağına dair təminat tələb edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay