BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
56433

Siz universiteti yeni bitirmisiniz işiniz sizi qane etmir, ya da artıq istefa vermisiniz. Bu mərhələdə sizə ən uyğun olan iş elanlarına müraciət etmək, yeni iş üçün qollarınızı çırmalamaq, və nəticədə iş həyatına ilk addımı atın və ya qaldığınız yerdən davam edin.
Bəs, işə müraciət etmək üçün ən yaxşı gün hansı gündür?

Əgər işə düzəlmək şansınızı artırmaq istəyirsinizsə, bazar ertəsi və ya çərşənbə axşamı işə müraciət etmək şansınızı artıracaq.

Məlumat bazasında 21 milyondan çox CV olan Türkiyənin iş elanları saytı olan “Kariyer.net”in məlumatına görə, həftənin ilk günlərində HR mütəxəssisləri və işəgötürənlər namizədlərin CV-lərini daha çox araşdırmaq imkanı əldə edirlər. Namizədlərin CV-lərini bazar ertəsi və çərşənbə axşamı 20 % nisbətində yoxlayan işəgötürənlərin bu davranışı çərşənbə günləri 18 faizə enir.

Həftənin son günlərində bu rəqəm bir qədər azalaraq 16 faiz təşkil edir. Həftə sonu fasiləsi ilə əlaqədar olaraq İnsan Resursları üzrə mütəxəssislər xüsusilə şənbə və bazar günləri demək olar ki, heç bir CV-yə baxmırlar. Bu səbəbdən bu günlərdə müraciət edən namizədlər digər CV-lərdən geri qalma ehtimalını ortaya qoya bilər. Hesabatın nəticələrinə görə, CV-yə baxma nisbəti şənbə günü 6 % olduğu bildirilərkən, bazar günü bu nisbət 3 %-ə enir.

Beynəlxalq işə qəbul platforması olan “SmartRecruiters”in məlumatlarına görə, işəgötürənlərin 58 faizinin ən çox iş elanını dərc etdiyi tarixlər bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü kimi görünür. Bu məlumatların nəticəsi olaraq, çərşənbə axşamı ən çox tədbir görülən gün kimi təqdim olunur.

Namizədlər niyə bu günlərdə müraciət etməlidirlər?

“SmartRecruiters”in hesabatlarına görə, həftənin ilk günlərində işə müraciət edən namizədlər ilk olaraq işəgötürənlərin qarşısına çıxır və beləliklə, onların diqqət çəkmə şansları artır. Uzun müddətdir açıq olan iş elanları üçün müraciətlərin sayı həqiqətən artdığı üçün namizədin tanınma dərəcəsi azalır və seçilmək üçün onu yaxşı vaxta ayırmaq lazımdır. Bu zaman hansı günlərə müraciət etməyinizlə yanaşı, günün hansı saatında işə müraciət etməyin düzgün olması da önəmlidir.

“SmartRecruiters” bildirir ki, səhər saat 11:00 şirkətlər üçün həftə ərzində yeni elanlar dərc etmək üçün ən çox üstünlük verilən vaxtdır. Namizədlərin əksəriyyəti işə müraciət etmək üçün saat 14:00 radələrinə üstünlük verir. Digər namizədləri qabaqlamaq istəyirsinizsə, yeni elanların açılmasını gözləmək və səhər bir az gec müraciət etmək sizin üçün faydalı ola bilər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməlidir? - RƏSMİ

Lider ruhlu olduğumuzu necə anlamaq olar? - 10 sual

Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Bu qəpiklər tədavüldən çıxarılır

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin