ABŞ və Aİ Rusiyanın aktivləri ilə bağlı razılığa gəlməyə yaxındır - Bloomberg
Birləşmiş Ştatlar Avropa Birliyinə bildirib ki, əgər blok Rusiyaya tətbiq etdiyi sanksiyalar rejimini daha proqnozlaşdırılan etmək üçün planlaşdırdığı kimi dəyişdirərsə, G7-nin Ukraynaya böyük yardım paketinə 20 milyard dollar yardım edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Aİ Rusiya Federasiyasına qarşı sanksiyalarını dəyişməsə belə, ABŞ yenə də planlaşdırılan 50 milyard dollarlıq paketə töhfə verəcək, lakin bu məbləğ daha az olacaq, Aİ-dəki müzakirələrlə tanış olan mənbələr deyirlər.
ABŞ və Aİ ilkin olaraq Vaşinqton Avropadan Rusiyaya qarşı daha uzun sanksiyalar rejimi tələb edənə qədər hər biri təxminən 20 milyard dollar məbləğində töhfə verməyə razılaşıblar.
Aİ Rusiya Federasiyasının immobilizasiya edilmiş aktivlərinə qarşı sanksiyalarını tənzimləmək prosesindədir. Birləşmiş Ştatlar Avropa İttifaqının sanksiyaları 6 ayda yox, hər 3 ildən bir nəzərdən keçirməsini istəyir.
Avropa Komissiyası Aİ töhfəsini 35 milyard avroya (39 milyard dollar) artırmağı təklif edib, lakin G7 üzvləri Almaniya, Fransa və İtaliya çərşənbə günü Aİ nümayəndələrinin Brüsseldə keçirilən görüşündə bu təklifi rədd edib.
G7 ölkələrinin oktyabrın 25-də nazirlərin görüşündə öhdəliklərini yekunlaşdıracağı gözlənilir. Aİ liderlərinin oktyabrın 17-18-də Ukraynaya dəstəyin müzakirə olunacağı görüşü planlaşdırılıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay