İnvestisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb
İnvestisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Məlumata görə, ötən ilin ilk yarısı ilə müqayisədə 2024-cü ilin birinci yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 4.4 mln. manat olub. Bu göstərici 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.4% və azdır.
İnvestisiya şirkətləri üzrə xalis mənfəətin azalmasını şərtləndirən əsas amil bəzi şirkətlər üzrə inzibati xərclərin artımı olub. Sektor üzrə xalis mənfəətin azalması fonunda aktiv və öhdəliklərin artımı mənfəətlilik göstəricilərində azalmanı şərtləndirib. Belə ki, 2023-ci ilin birinci yarımili ilə müqayisədə ROA göstəricisi 2.4 faiz bəndi azalaraq 1.9 %-ə, ROE göstəricisi isə 3.2 faiz bəndi azalaraq 9 %-ə enib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay