Bank
26.09.2024 / 11:56
Azərbaycanda son bir ayda 6 bank filialı bağlanıb
56289
2024-cü ilin avqustun 31-inə olan məlumatlara görə, Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 481 olub.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ilin ötən ayı ilə müqayisədə 6 filial azdır. Yəni, son bir il ərzində bankların 6 filialı bağlanıb. Bununla yanaşı, hesabat dövründə fəaliyyət göstərən bankların şöbələrinin sayı 88 olub ki, bu da, son bir ayda 4 şöbə azdır.
Son bir ayda bank ATM-lərinin sayı 19 ədəd, bank işçilərinin sayı 201 nəfər artıb.
Qeyd edək ki, Azərbaycanda 20 özəl bank, 2 dövlət bankı fəaliyyət göstərir. Xarici kapitallı bankların sayı 9, xarici bankların yerli filallarının sayı 1 ədəddir.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay