Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb
Bu ay Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək minimum qiyməti Polşanın paytaxtı Varşava istiqamətində qeydə alınıb.
Valyuta.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Varşavaya birbaşa uçmaq 265 avroya, tranzit yolla uçmaq isə 196 avroya başa gəlib.
Bunlar, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 42,4 % və 55,1 % çoxdur.
2-ci yerdə Rusiyanın Novosibirsk şəhəri qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə aviabiletlərin qiymətləri müvafiq olaraq 251 və 260 avro təşkil edir. Ötən ilin eyni dövrünə nisbətən qiymətlər müvafiq olaraq 11,7 % və 30,6 % azalıb.
3-cü yeri isə Rusiyanın Nijni Novqorod şəhəri tutub. Bu şəhərə birbaşa uçuş üçün 226 avro (ötən il birbaşa aviareys olmayıb), tranzit uçuş üçün isə 243 avro ödənilib ki, bu illik müqayisədə müvafiq olaraq 15,4 % azdır.
Sentyabrda Bakıdan tranzit aviareyslərin ən yüksək minimum qiyməti 721 avro (- 46,8 %) olmaqla Cənubi Koreyanın paytaxtı Seula qeydə alınıb. İlk üçlüyə Yaponiyanın paytaxtı Tokio 659 avro ( - 55,2 %) və Misirin Şarm-əl-Şeyx şəhəri 579 avro (- 6 %) qiymətlə daxil olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay