Maraqlı
21.09.2024 / 16:25
Azərbaycanın bu kəndində hər ailənin öz qəbiristanlığı var (VİDEO)
56026
Qubada dumanlı dağların arasında çox az ailənin yaşadığı qədim tarixə malik Buduq adlı bir kənd var. Kəndə gedən yol çox narahat və təhlükəli olduğundan, oraya yalnız yolsuzluq avtomobilləri ilə getmək mümkündür. Təsəvvür edin, rayon mərkəzindən Buduq kəndinə getmək üçün 2 saat saatdan çox vaxt lazımdır.
Kənd ağsaqqallarını dediyinə görə, buradakı evlərin çoxu qəbiristanlığın üzərində tikilib, hər ailənin isə ayrıca qəbiristanlığı var. Odur ki, kəndin təxminən 26 hektara yaxın ərazisi qəbiristanlıqdan ibarətdir.
Deyilənə görə, vaxtı ilə Temuçin xanın oğlu Batının nəsli bu kənddə məskunlaşıb.
Kəndin həm də özünəməxsus dili var. 38 hərfdən ibarət olan buduq dilini demək olar, kənddə hər kəs bilir. Sakinlər dilləri unudulamasın deyə bu dili övladlarına da öyrədirlər.
Buduğun yaxınlığında isə Rük adlı başqa bir kənd yerləşir. Bu kəndlər Qubada "düşmən kəndlər” kimi tanınır. Hər iki məntəqənin sakinləri öz kəndlərinin daha yüksəkdə olduğunu iddia edirlər.
"Report"un əməkdaşları Buduq kəndinə baş çəkib, oranın tarixi, insanların həyat tərzi və kəndin bir günü ilə bağlı videoreportaj hazırlayıb.
Buduq kəndindən olan daha ətraflı videoreportajı təqdim edirik:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay