BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
55992

“Azpul” Bank Olmayan Kredit Təşkilatı vasitəsilə insanlar kiçik məbləğdə kredit götürə bilirlər. Bu kreditlərin məbləği böyük olmadığı üçün bəzən onun ödənilməsində səhlənkarlıqlar olur. Bu insanlardan çox vaxt "20 manata görə, məhkəməyə verməzlər" kimi fikirlər eşidirik. Yaxud “400-500 manata görə məhkəməyə müraciət etmək “Azpul”a sərf etməz” deyirlər. MMC nümayəndələri isə borcu ödəməyən müştərilərlə əlaqə saxlayan zaman onları məhkəmə verəcəklərini bildirirlər. Yəqin ki, kiçik məbləğlər olduğu üçün hamını ayrı-ayrılıqda məhkəməyə vermək onlar üçün də sərfəli olmur. Belə fikirlər də var ki, “Azpul”a kiçik məbləğdə borcu olanları ayrı-ayrı məhkəməyə vermək sərfəli olmasa da, krediti gecikdirən şəxsləri kütləvi şəkildə məhkəməyə verə bilər.

Bu hal nə dərəcədə real ola bilər?

Valyuta.az-a danışan hüquqşünas, bank eksperti Əkrəm Həsənov deyir ki, kredit təşkilatı kütləvi şəkildə şəxsləri məhkəməyə verə bilməz:

“Borcu ödəməyən şəxsləri ayrılıqda məhkəməyə verə bilərlər, amma bu, onlar üçün əlverişli deyil. 20 manata görə kimisə məhkəməyə vermək, ona sərf edilən vaxt, vəkillərin tutulması kredit təşkilatına sərf etmir. Ola bilər ki, nadirən kimisə məhkəməyə versinlər, amma kütləvi şəkildə bu mümkün deyil. Bir iddia ərizəsində bütün krediti gecikdirən şəxslər haqqında məlumat yazmaq olmaz”.

Ekspert bildirdi ki, təşkilatların məhkəməyə müraciət etməsi üçün dövlət rüsumu ən azı 30 manatdır:

“Amma məbləğ yuxarı olduğu təqdirdə dövlət rüsumu da artır. Məncə, şəxsin ən azı 1000 manat kredit borcu olmalıdır ki, təşkilat məhkəməyə müraciət etsin. Ondan aşağı məbləğə görə, şəxslərin məhkəməyə verilməsi sərf etmir”.

“Onlar hesablayırlar ki, ödəməyənlərin sayı çox olmayacaq. Borc da bir kredit təşkilatına olduğu üçün gecikmə olsa da, çox adam ödəyəcək” - deyə Ə.Həsənov qeyd etdi.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin